Ulu Öndər Heydər Əliyev amili Rusiya-Azərbaycan münasibətlərində daim mühüm rol oynayıb

Image

Ulu Öndər Heydər Əliyev amili Rusiya-Azərbaycan münasibətlərində 

daim mühüm rol oynayıb

 

22 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə sözügedən ölkəyə işgüzar səfər etdi. Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşün əsas süjet xəttini təşkil etdiyi səfər iki ölkə Prezidentinin təkbətək görüşü ilə də yaddaşlara həkk olundu. Prezident V.Putin görüş zamanı Ümummilli lider Heydər Əliyevin bu nəhəng layihədəki fəaliyyətindən danışaraq minnətdarlığını ifadə etdi. O da vurğulandı ki, bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etmişdir. 

Məlumat üçün qeyd edək ki, dünyada ən uzun dəmir yolu xətlərindən biri olan Baykal Amur Magistralı (BAM) Rusiyanın İrkutsk vilayəti, Zabaykalye diyarı, Amur vilayəti, Buryatiyr və Yakutiyadan keçir. Bu dəmir yolunun tikintisinə ötən əsrin əvvəllərində başlanılıb və demək olar ölkənin bütün ərazisindən keçərək SSRİ kimi nəhəng bir dövlətin Sakit okean sahillərinə çıxışını təmin edib. Sibiri Sovet İttifaqının mərkəzi və Qərb regionları ilə birləşdirən bu dəmir yolunun tikintisi heç də asan olmayıb. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında mühüm rol oynayan xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar”. Prezident İlham Əliyev də dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə Ulu Öndərin Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə davam edən səfərində ən çox təsirləndiyi nüansın çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığı olduğunu bildirmişdir. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar. Beləliklə, Sibir və Uzaq Şərqin təbii sərvətlərinin mənisənilməsində, ölkənin istehsal gücünün artırılmasında, dövlətin nəqliyyat arteriyasının dayanmadan işləməsində və ümumilikdə iqtisadiyyatın inkişafında bu dəmir yolu əvəzolunmaz rola malik idi. Heydər Əliyev yolun həm ölkə daxili, həm də beynəlxalq mahiyyətini analiz edərək tikintinin bu ərazilərdə yaşayan əhalinin də sosial vəziyyətinə nə qədər müsbət təsir göstərəcəyini nəzərə alırdı. Təsadüfi deyil ki, 2008-ci ildə BAM-ın 210-cu kilometrliyində yerləşən Anqoy stansiyası yenidən təmir edildi və ona Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi. Bu onu göstərir ki, həmin ərazilərdə yaşayanlar və ora ayrı-ayrı dövrlərdə rəhbərlik etmiş şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini bu gün də unutmayıblar.

Çıxışı zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsası məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulub. Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. 

 

Elçin Məmmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri


Gununxeberi.az 

 

 

 








XƏBƏR LENTİ

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

05.05.2024 | 11:56
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - FOTOLAR

05.05.2024 | 11:50
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

04.05.2024 | 18:33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.-Foto

04.05.2024 | 18:29
Şahdağa qar yağıb - YENİLƏNİB

04.05.2024 | 18:24
Milli Kitabxanada “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04.05.2024 | 18:14
FHN-dən əhaliyə hava xəbərdarlığı

04.05.2024 | 18:12
İsa Qəmbər yenidən başqan seçildi

04.05.2024 | 18:07
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi keçirilib

04.05.2024 | 17:32
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 16:38
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 15:24
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar

04.05.2024 | 14:55
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

04.05.2024 | 14:53
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

04.05.2024 | 13:11
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 | 13:02
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

04.05.2024 | 12:55
Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub

04.05.2024 | 12:48
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklə

04.05.2024 | 12:36
YOXDU .

04.05.2024 | 11:25
Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb

04.05.2024 | 11:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işçilər tələb olunur

04.05.2024 | 11:04
Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib-ÇAĞIRIŞ (VİDEO)

04.05.2024 | 11:00
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

04.05.2024 | 10:54
Norveç səyyahları Xudafərində (FOTO)

04.05.2024 | 10:43
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

04.05.2024 | 10:40
Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

04.05.2024 | 10:35
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031