“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Image

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Həftə ərzində Paytaxt Bakı çox önəmli və mötəbər bir tədbirə - VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən və bu günə qədər 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə keçirilən bu tədbir bir neçə illik fasilədən sonra 01 may 2024-cü il tarixdə yenidən öz işinə başladı. Bu mühüm Forum “mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edərək fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Builki Forumda dünyanın fərqli nöqtələrindən, daha dəqiq 110 ölkədən 700 nümayəndə iştirak edərək mədəniyyətlərarası dialoqa öz töhfəsini verdi. Qeyd edək ki, bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynamış və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilmişdir.

2019-cu ildə baş tutan sonuncu Forumdan sonra təəssüf ki, dünya heç də daha təhlükəsiz bir yerə çevrilmədi. Əksinə beynəlxalq qarşıdurmalar və qanlı müharibələr vəziyyəti daha gərgin bir hala çevirərək müxtəlif parçalanmalara gətirib çıxardı. Forumla birlikdə bütün bu çağırışlar qarşısında dünyanın fərqli ölkələri bir araya gələrək parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsət əldə etdi. Məlumat üçün qeyd edək ki, üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiya və 12 panel müzakirə baş tutdu. 

Forumun birinci günündə dövlətimizin başçısı açılış nitqi ilə çıxış edərək vacib fikirlər səsləndirdi. Bu fikirlər daxili və xarici auditoriyada maraqla qarşılandı və bir çox nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırıldı. Ölkə başçımızın nitqində diqqət çəkən nüanslardan biri heç şübhəsiz, çoxtərəfliliklə bağlı səsləndərilən fikirlər idi. Belə ki, Azərbaycan Prezidenti vurğuladı ki, biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründəki fəaliyyəti bu sözlərin əyani təsdiqidir. Məlumdur ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təşkilatdır və ölkəmizin təşkilata sədrliyi təşkilatın keyfiyyətcə yeni müstəviyə çıxışını təmin etdi. Bu gün Qoşulmama Hərəkatının dünyadakı yeri və nüfuzu hər zamankından daha yüksəkdir. Azərbaycanın uğurlu fəaliyyətinin nəticəsi idi ki, ölkəmizin təşkilata sədrlik müddəti yekdil qərarla daha bir il uzadılmışdı. Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Azərbaycan da aktiv şəkildə bu dəyərləri tərənnüm edir. Ölkəmizin sədrliyi dövründə Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsi xüsusi diqqət mərkəzində saxlanıldı və bununla bağlı daxildə şəbəkə yaradıldı, qadınların və gənclərin təşkilatları təsis edildi. Azərbaycan Prezidenti bununla bağlı danışarkən vacib bir nüansı da səsləndirdi ki, bu fikirlər də xüsusi diqqət tələb edirdi. Sitat: “Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”. Bəli, 4 illik fəaliyyəti dövründə Azərbaycan məhz bu ölkələrin səslərinin dünyaya çatdırılması üçün aktiv fəaliyyət göstərdi. Peyvənd millətçiliyinə qarşı mübarizə apardı. Bir çox böyük dövlətlərin, təşkilatların etmədiyini edərək səssiz qalmadı. Bizə demokratiya dərsi keçənlərin əsl siması bununla da ifşa oldu. Azərbaycanı günahlandıranların özlərinin neokolonializm siyasəti yeritdiyi açıq şəkildə sübut edildi. Avropa təsisatları bəzən Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Ancaq gözləri qarşısında baş verənlərə susaraq riyakarlıq nümunəsi göstərirlər. Bizim isə mövqeyimiz birmənalıdır: Azərbaycan beynəlxalq arenada açıq, ədalətli və bərabərhüquqlu dialoqa – istər siyasi, iqtisadi, istərsə də mədəni dialoqa tərəfdardır.

 

 

Rüstəmzadə Səkinə

“Pirallahi Tibb Mərkəzi” PHŞ, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

YAP Pirallahı rayon təşkilatının gənc fəalı

 








XƏBƏR LENTİ

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031