Norveç səyyahları Xudafərində (FOTO)

Image

Norveçin dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Gnunxeberi.az  xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti bu gün Xudafərin körpüsü ilə yaxından tanış olublar.

Səyyahlar orada işğal müddətində Ermənistan ordusunun törətdiyi dağıntılara şahidlik ediblər.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqirə məruz qalıb, məscidlər heyvan tövləsi kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb.

Vurğulanıb ki, işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr icra edilir.

Qeyd edək ki, qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir. Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.















XƏBƏR LENTİ

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

17.05.2024 | 19:33
Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

17.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

17.05.2024 | 19:24
Beynəlxalq tədbirdə

17.05.2024 | 19:22
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

17.05.2024 | 19:06
Sosial şəbəkələrdə çılpaq videosunu yayan direktor saxlanıldı

17.05.2024 | 19:03
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb

17.05.2024 | 18:59
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

17.05.2024 | 18:48
İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

17.05.2024 | 18:29
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 17:43
YAP Göygöl rayon təşkilatı üzrə “Hummel küçəsi-5” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib

17.05.2024 | 17:36
ETİBARLI TƏRƏFDAŞ

17.05.2024 | 16:42
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:19
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

17.05.2024 | 16:16
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:15
Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirdi - FOTOLAR

17.05.2024 | 16:10
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşdü - FOTO

17.05.2024 | 15:22
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

17.05.2024 | 15:12
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”

17.05.2024 | 14:56
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

17.05.2024 | 14:25
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

17.05.2024 | 14:00
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb

17.05.2024 | 13:20
Universitetlər şəhərdən kənara mərhələli şəkildə köçürüləcək - RƏSMİ

17.05.2024 | 13:00
İtaliyada yağış və sel həyatı iflic etdi - VİDEO

17.05.2024 | 12:55
Qərb Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək? - İDDİA

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031