Müsavat parlament seçkilərində iştirak edəcək
"Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.
"Gununxeberi.az " xəbər verir ki, bunu Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib
O, bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəklərini bildirib: "Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Seçki komandaları hazırlanmalı, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik/Unikal.az