İsa Qəmbər yenidən başqan seçildi
Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.
"Gununxeberi.az "Unikal.az" -a istinadən xəbər verir ki, qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib
Seçkidə 278 nəfər iştirak edib ki, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə İsa Qəmbərin lehinə səs verib.
Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.