Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
Respublika Baş Prokurorluğunun əməkdaşı, Abşeron rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin 1-ci vitse prezidenti təyin edilib.
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Ənənəvi karate üslubu "Dünya Fudokan Federasiyası"-nın Azərbaycan Respublikasınında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.
Daha bir təyinat isə, Vüsal Abdullazadə ilə bağlı olub. Beləki, V. Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.
Gununxeberi.az