Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

Image

Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nümayiş olunan videotəqdimatda 100-dən çox ölkənin təmsilçilərinə və onların timsalında ümumən bəşəriyyətə bu sözlərlə xitab edildi. Azərbaycan paytaxtının ilk dəfə 2011-ci ildə ev sahibliyi etdiyi Dialoq Forumunun budəfəki mövzusu – “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində, bu platformanın təməl dəyərini ehtiva edir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 16 il əvvəl beynəlxalq gündəmə təklif edilən “Bakı Prosesi”nin başlıca məramı mədəniyyətlər və sivilizasiyalararası dialoq vasitəsilə dünyada sülh və təhlükəsizliyə töhfə verməkdir. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir. Burada Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırmışdır. Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik.

Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.

Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra bu il Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çalır. 

Xatırladaq ki, bu platformanın əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda qoyulub. Azərbaycan tədbirə müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi proses başlandı.

“Bakı Prosesi” təşəbbüsü daha sonra 2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət nazirlərinin paytaxtımızda keçirilən konfransında müzakirə olundu. Azərbaycan ənənəyə sadiq qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət etmişdi. Konfransda “Bakı Prosesi” – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul olundu.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini bəyan etdi.

2011-ci ilin 7-9 aprelində gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan paytaxtından dünyaya tolerantlıq mesajı oldu. Beş qitədən 80-dək ölkənin təmsil olunduğu, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatların dəstək verdiyi Forumun açılış sessiyası “Sərhədsiz dünyaya doğru” mövzusunda idi.

29 may – 1 iyun 2013-cü il tarixlərində Bakı “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzulu II Dialoq Forumuna ev sahibliyi etdi. 18-19 may 2015-ci ildə III Dialoq Forumu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr olunmuşdu. 4-6 may 2017-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Dialoq Forumu keçirildi.

2-3 may 2019-cu ildə V Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında gerçəkləşdi. Nəhayət, pandemiya ilə bir neçə il ertələnən növbəti Dialoq Forumu yenidən Bakıda toplanıb.

Ötən müddətdə Dialoq Forumunun yer-məkanları da yenilənib. İlki “Gülüstan” Sarayında gerçəkləşən, daha sonra iki dəfə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirlər artıq üçüncü dəfədir Bakı Konqres Mərkəzində keçirilir.

Beləliklə, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib. Forumun açılış tədbirinin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin professoru Alpaslan Özerdemin vurğuladığı kimi, 2008-ci ildə Prezident Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü sərhədləri aşan və dünyada parçalanmanı aradan qaldırmaq məramı daşıyan uzaqgörən addım idi. Bu təşəbbüs indi dünənkindən daha da aktualdır. Azərbaycan lideri açılış tədbirindəki çıxışında da bunu diqqətə çatdırıb.

Qoşulmama Hərəkatının sədri kimi yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni də daima diqqətdə saxlamışıq. Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub. Biz ədalət naminə danışırıq, beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik…

Qeyd edək ki, Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən, 100-dən çox ölkəni təmsil edən 700 qonağın qatıldığı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçgünlük proqramına 4 plenar sessiya və 12 panel daxildir.

1-2 mayda Bakıda keçirilən tədbirlər mayın 3-də Ağdamda xüsusi sessiya ilə yekunlaşıb. Forum iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

 

Zeynalova Türanə,

Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi                          

 

 








XƏBƏR LENTİ

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

17.05.2024 | 22:19
İdmansevərlərin NƏZƏRİNƏ! - 21 may saat 14:00-da... - VİDEO

17.05.2024 | 19:33
Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

17.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

17.05.2024 | 19:24
Beynəlxalq tədbirdə

17.05.2024 | 19:22
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

17.05.2024 | 19:06
Sosial şəbəkələrdə çılpaq videosunu yayan direktor saxlanıldı

17.05.2024 | 19:03
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb

17.05.2024 | 18:59
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

17.05.2024 | 18:48
İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

17.05.2024 | 18:29
Azərbaycan PATA-nın sammitində təmsil olunur

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031