YOXDU .
YOXDU .
Əzəldən bənzəyir , dünya nağıla ,
Birini tapırıq , biridə yoxdu .
Günlər küsüb gedir ,gəl tutma dilə ,
Deyib ,danışmağın yeridə yoxdu .
Əzəldən sirrini , bilən olmadı ,
Gedənlər gedibdi , gələn olmadı .
Axan göz yaşımı , silən olmadı ,
Yuxum ərşə çıxıb , yuxuda yoxdu .
Kimiyə olubdu , taxıl zəmisi ,
Kiminin hökm edir , nazir əmisi .
Kiminin dəryada , batır gəmisi ,
Yazığın söyməyə , duxuda yoxdu .
Kərki tək özünə , yonan görmüşük ,
Deməyin gözləri , doyan görmüşük .
Hər zaman alışıb , yanan görmüşük .
Bu acgöz dünyanın, toxuda yoxdu .
Rəfaila təb verdi coşdu , cağladı ,
Gözəllər hüsnünə , dastan bağladı .
Bilmirəm bəs niyə , hərdən ağladı .
Deməyin çəkdiyi , axıda yoxdu .
RƏFAİL QURBANOĞLU
Bir kəlmə söz yaz