Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub
Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub.
Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Uzm.Dr. Əkbər Quliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə pediatriya üzrə müxtəlif ixtisaslardan olan mütəxəssis həkimlər iştirak edib.
Tədbir zamanı Yeni Klinikanın həkim-pediatrları tərəfindən diaqnostikası və müalicəsi çətin olan bir neçə nadir xəstələr haqqında çıxışlar təqdim olunub.
Peşəkar həkimlərin çıxışlarının dinlənildiyi tədbir geniş müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.
Gununxeberi.az