Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

Image

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

 

01.05.2024 tarixində Bakı Konqres mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə öz nitqi ilə çıxış edib. 

Prezident İlham Əliyev 100-dən artıq ölkənin nümayəndəsinin burada olmasının bu platformanın mühüm beynəlxalq platforma olduğunu və mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğunu söylədi. Bildirdi ki, əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun,çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.Ölkə başçısı qeyd etdi ki, bu dəyərləri əsrlər boyu və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. 

Elə bir mühit yaratmaq lazımdır ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss etsinlər və onlara münasibət ədalətli olsun. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər. Bu, ölkə daxilində parçalanmaya səbəb olar. O,həmçinin bildirdi ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər.

Prezident Azərbaycanın mədəniyyətlərarası dialoqa çox əhəmiyyət verdiyini, çoxsaylı tədbirlər təşkil etdiyini və bunların dinlərarası dialoqla bağlı olduğunu deyərək bunları Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də həyata keçirdiyimizi vurğuladı. O söylədi ki,bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Bütün dünyadan gələn bu sahə üzrə rəhbərlərin bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklərinə və liderlik göstərəcəklərinə inamını ifadə edərək dini nümayəndələrin rolunun dünyada bütün xalqlar üçün vacib olduğunu və onların sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməli olduğunu nəzərə çatdırdı. Bunlar çox vacib amillərdir. 

Ölkə rəhbəri çoxtərəflilik məsələsinə də toxundu və qəti şəkildə çoxtərəfliliyə sadiq olduğumuzu, çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etdiyimizi diqqətə çatdırdı. Qeyd etdi ki, o, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb.

Cənab İlham Əliyev söylədi ki,biz bir məsələni də Qoşulmama Hərəkatının sədri kimi hər zaman təşviq edirdik. Bu, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizədir. Həmin Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil. Əlbəttə ki, bu sahələrdə həmin yanaşma tətbiq olunacaqdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdiyimizi xatırladan ölkə başçısı ötən ilin sentyabr ayında isə bizim öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdiyimizi nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki,Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. 

Son olaraq cənab İlham Əliyev müzakirələrdə böyük uğurlar diləyərək xoş səfər arzuladı.

 

Əlisoy Nərgiz,

Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi 

 







XƏBƏR LENTİ

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

17.05.2024 | 22:19
İdmansevərlərin NƏZƏRİNƏ! - 21 may saat 14:00-da... - VİDEO

17.05.2024 | 19:33
Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

17.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

17.05.2024 | 19:24
Beynəlxalq tədbirdə

17.05.2024 | 19:22
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

17.05.2024 | 19:06
Sosial şəbəkələrdə çılpaq videosunu yayan direktor saxlanıldı

17.05.2024 | 19:03
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb

17.05.2024 | 18:59
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

17.05.2024 | 18:48
İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

17.05.2024 | 18:29
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 17:43
YAP Göygöl rayon təşkilatı üzrə “Hummel küçəsi-5” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib

17.05.2024 | 17:36
ETİBARLI TƏRƏFDAŞ

17.05.2024 | 16:42
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:19
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

17.05.2024 | 16:16
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:15
Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirdi - FOTOLAR

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031