Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Image

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü humanist siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artması ilə yanaşı, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına səbəb olmuşdur. 

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dəyərli beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilməkdədir. Ölkəmizin bu naliyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti burada olduqca əhəmiyyətli rol oynayır. Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın xidmətləri göz qabağındadır. Azərbaycan Şimalla Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Real coğrafi və geomədəni imkanlara malik Azərbaycan həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə mənsub insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 

Azərbaycanın ilk dəfə 2011-ci ildə ev sahibliyi etdiyi Dialoq Forumunun bu dəfəki mövzusu – “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində, bu platformanın təməl dəyərini ehtiva edir. Çünki Azərbaycan Respubllikasının Prezidenti İlham Əliyev tərəfindən 16 il əvvəl beynəlxalq gündəmə təklif edilən “Bakı Prosesi”nin başlıca məramı mədəniyyətlər və sivilizasiyalararası dialoq vasitəsilə dünyada sülh və təhlükəsizliyə töhfə verməkdir.

Bu platformanın əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda qoyulub. Azərbaycan tədbirə müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi proses başlandı.

Tədbirdə iştirak edən cənab İlham Əliyev bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, çox mədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik... 

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu və çox keşməkeşli vaxtlarda – toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik.

Biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. O vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri, aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi.”

Azərbaycan Prezidenti İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərir. Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atmışdır. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.

Ümumilikdə, Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin xarici arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.

 

Əkbərova Hüsniyyə,

Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi 

 Gununxeberi.az 








XƏBƏR LENTİ

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

17.05.2024 | 23:25
Sülhməramlıların növbəti hissəsi bu gün yola salınıb - VİDEO

17.05.2024 | 23:20
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

17.05.2024 | 23:16
Bu tarixdən ən ucuz taksi qiyməti 4,5 manat olacaq - AÇIQLAMA

17.05.2024 | 23:11
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 | 22:56
Azərbaycan Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə "Mərkəzi Asiya – 2024: Elm,təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17.05.2024 | 22:40
Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalova yeni vəzifə verilib

17.05.2024 | 22:37
Lukaşenkonun Azərbaycana səfəri başa çatdı

17.05.2024 | 22:33
Prezidentlər üçün naharda bu menyu hazırlanıb - Fotolar

17.05.2024 | 22:29
Mikayıl İsmayılovu və oğlunu ittiham edən qız saxlanılıb?

17.05.2024 | 22:24
DYP bu avtomobillərlə bağlı tədbirlər görür - Video

17.05.2024 | 19:33
Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

17.05.2024 | 19:30
Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb

17.05.2024 | 19:24
Beynəlxalq tədbirdə

17.05.2024 | 19:22
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı

17.05.2024 | 19:06
Sosial şəbəkələrdə çılpaq videosunu yayan direktor saxlanıldı

17.05.2024 | 19:03
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb

17.05.2024 | 18:59
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

17.05.2024 | 18:48
İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

17.05.2024 | 18:29
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 17:43
YAP Göygöl rayon təşkilatı üzrə “Hummel küçəsi-5” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib

17.05.2024 | 17:36
ETİBARLI TƏRƏFDAŞ

17.05.2024 | 16:42
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:19
Cavanşir körpüsü SÖKÜLÜR - Bu tarixdən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

17.05.2024 | 16:16
Dövlət sərhədinin mühafizəsi bu gün! -Fotolar

17.05.2024 | 16:15
Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirdi - FOTOLAR

17.05.2024 | 16:10
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşdü - FOTO

17.05.2024 | 15:22
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR

17.05.2024 | 15:12
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”

17.05.2024 | 14:56
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031