Ermənistanda daha bir qrup etirazçılar saxlanıldı
Ermənistanda daha bir qrup etirazçılar saxlanılıb.
“Gununxeberi.az ” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, polis “Vətən naminə Tavuş” təşəbbüsünün fəallarını saxlayıb. Saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyanın da olduğu qeyd edilir.
Məlumata görə, onlar Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri üçün saxlanılıblar.