Bu saatlarda açıq havada qalmaq olmaz - Xəbərdarlıq
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”, - məlumatda deyilir.