“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir

Image



Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə yeni nəşr olunmuş kitablar hədiyyə olundu.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvü, şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Şuşa 270”, “Qərbi Azərbaycan”, ”Azərbaycan ekologiyası” biblioqrafik göstəriciləri və özünün 65 illik yubileyinə həsr olunmuş “Xuraman İsbi qızı İsmayılova” biblioqrafik göstəricini kitabxanaya hədiyyə etdi. 

“Görkəmli  dövlət xadimi Heydər Əliyev” biblioqrafik göstərici Ümummilli Lider, dünya siyasi tarixində xüsusi yeri olan, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Kitabın ideya və ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Biblioqrafik göstəricinin ilk səhifəsində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Burada Heydər Əliyev haqqında məlumatlar 7 bölmədə  qruplaşdırılaraq, görkəmli, dünya miqyaslı siyasi xadim olan Heydər Əliyev şəxsiyyətinin bütün tərəflərini işıqlandırır.

Biblioqrafik göstəricidə materiallar xronoloji ardıcıllıqla əlifba sırası ilə verilmişdir. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə əlifba göstəriciləri də tərtib olunmuşdur. 

“Şuşa 270” biblioqrafik göstərici “Şuşa İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondunda olan sənədlər əsasında tərtib olunmuşdur. Burada “Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa İli elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Biblioqrafik göstəriciyə Şuşanın tarixinə, coğrafiyasına, maddi-mədəni abidələrinə, ədəbi mühitinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş məlumat mənbələri daxil edilmişdir.

“Qərbi Azərbaycan” biblioqrafik göstəricisinin ilk səhifəsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri verilmişdir. Biblioqrafik göstəricidə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və incəsənətinə dair kitab və məqalələr elm sahələri üzrə qruplaşdırılmışdır. Dissertasiya və avtoreferatlar ayrıca bölmədə verilmişdir. Bu göstərici Qərbi Azərbaycanla bağlı ilk fundamental biblioqrafik nəşrdir. Kitabın ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazır: ”Bu Azərbaycanda Qərbi Azərbaycan haqqında aparılmış çoxsaylı tədqiqatların, yazılmış monoqrafiyaların və məqalələrin elmi salnaməsidir”.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş AMEA-nın Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Azərbaycan ekologiyası” biblioqrafik göstəricidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri verilib. 

“Azərbaycan ekologiyası” biblioqrafik göstəricidə ətraf mühitlə bağlı  kitab və məqalələr, dissertasiya və avtoreferatlar əlifba sırası ilə qruplaşdırılmışdır. Kitab ekologiya və onunla əlaqəli sahələrdə fəaliyyət göstərən elmi işçilər, doktorantlar, tələbələr və digər mütəxəssislər üçün faydalıdır. 

“Xuraman İsbi qızı İsmayılova” biblioqrafik göstəricisi şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın 65 illik yubileyinə həsr olunub. Kitabda tanınmış ziyalılarımızdan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovanın, filologiya üzrə fəlsəfə doktoru Əsəd  Cahangirin, Əməkdar jurnalist Flora Xəlilzadənin, filologiya elmləri doktoru Esmira Fuadın, şair Azadə Novruzovanın və b. Xuraman İsmayılova haqqında ürək sözləri verilib. Kitabda X.İsmayılovanın əsərlərinin biblioqrafiyası, tərtib etdiyi və redaktoru olduğu kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələri, başqa dillərdə əsərləri xronoloji ardıcıllıqla qruplaşdırılmışdır. “Könül dəftərinin son yarpaqları” bölməsində müəllifin şeirləri təqdim olunur.

Biblioqrafik göstəricilərlə Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.


Gununxeberı.az 


 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031