AMEA Mərkəzi Elmi Kitabxanası 100 illik yubileyi qarşısında yenidənqurma işləri həyata keçirir-Fotolar

Image



         Kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Heydər Əliyev

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) özünün əsas fəaliyyət istiqamətləri üzrə vəzifələrinin öhdəsindən layiqlə gəlir. Kitabxana Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini uğurla təbliğ edir, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatını daim yaxşılaşdırır, ölkəmizin milli-tarixi irsini təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanılıb saxlanmasını, eləcə də dünya tarixi və mədəniyyətini istifadəçilərə təqdim olunmasını təmin edir.

Müasir tələblərə cavab verən infrastrukturun qurulması, tematik, ixtisaslaşmış, normativ-metodiki, qanunvericilik və digər məlumat bazalarının mərkəzləşdirilmiş qaydada formalaşdırılması, saxlanılması, qorunması MEK rəhbərliyinin daim diqqət mərkəzindədir.

Azərbaycana və Azərbaycan xalqına aid olan, siyasi, elmi, tarixi, mədəni, bədii əhəmiyyət daşıyan, bütün növ daşıyıcılarda informasiya vahidlərinin (nəşrlər, əlyazmalar, mətnlər, arxiv və fond sənədləri, dövri mətbuat, notlar, audio və video yazılar, fotoşəkillər, rəsm əsərləri, muzey eksponatları, əşyalar, veb-səhifələr və s.) müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, elektron yaddaş bazasına daxil edilməsi vasitəsilə Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, müəllif hüquqlarının qorunması şərti ilə yerli və xarici istifadəçi auditoriyasına təqdim edilməsi işləri uğurla icra olunur.

Kitabxana müasir avadanlıq və kompüter proqramları ilə təchiz edilmiş, istifadədə sadə və rahat kommunikasiya proqramı olan elektron kitabxana və elektron arxiv təşkil edilmişdir. MEK vaxtaşırı olaraq elm, texnika və təhsilin aktual istiqamətləri üzrə mühazirələr, müzakirələr, seminarlar, kurslar, sərgilər, yerli və beynəlxalq miqyaslı tədbirlər keçirir.

AMEA-da elektron kitabxana yeni mərhələdə

Sentyabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirildi. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin rəhbərləri, kitabxana direktorları, elektron xidmətlərə məsul şəxslər, ictimai xadimlər və media nümayəndələrinin geniş tərkibdə iştirak etdiyi tədbirdə MEK-in yeni veb saytı və elektron kitabxanası təqdim edilib.

Tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq ölkə başçısının iştirakı ilə 2014-cü il mayın 5-dən etibarən Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verildiyini, artıq bu gündən, eyni zamanda zənginləşdirilmiş elektron kitabxana olaraq da tam fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. MEK-in mükəmməl elektron kitabxanaya doğru təqdirəlayiq addımını yüksək dəyərləndirən Akademiya rəhbəri bu baxımdan elektron kitabxana sahəsində aparılan işlərin birinci mərhələsinin təqdimatının əhəmiyyətini vurğuladı.

Akademik İsa Həbibbəyli son dörd ay ərzində həyata keçirilən işlər nəticəsində Mərkəzi Elmi Kitabxananın elektron resurslarının həcminin on dəfə artdığını söylədi.

Akademiya rəhbəri son zamanlar kitabxanada həyata keçirilən layihələri yüksək qiymətləndirib, eləcə də ikinövbəli iş rejiminin oxucuların istifadəsi baxımından önəmli hal olduğunu bildirib. Həmçinin bu aydan etibarən fəaliyyətə başlayan “MEK-in könüllüləri” layihəsinin yeniləşən Akademiyanın tədirəlayiq əlamətlərindən olduğunu bildirdi.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsinə keçdiyini, o cümlədən AMEA-nın elektron arxivinin yaradılması istiqamətində addımların atıldığını bildirib və yeniləşən Akademiyada Elektron hərəkatla bağlı əhəmiyyətli işlərin görüldüyünü xüsusi vurğuladı. Təqdimat mərasimində kitabxananın direktoru dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın yeni veb saytının və zənginləşdirilmiş elektron kitabxananın məqsədləri barəsində geniş məlumat verdi.

Direktor qeyd etdi ki, indiyədək kitabxananın saytında “e-kitabxana” onlayn istifadə edilsə də, müəyyən texniki qüsurların mövcudluğu elektron xidmətlərin təkmilləşdirilməsinə böyük ehtiyac yaradırdı.

Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan yeni saytda məlumatların sadə və əlçatan formada oxuculara təqdim edildiyini diqqətə çatdıran kitabxana rəhbəri elektron kitabxananın 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərəcəyini bildirdi. Beləliklə, dünyanın 80-dən çox nüfuzlu kitabxanalarına da girişin əlçatanlığını xüsusi vurğuladı.

MEK-in direktoru saytın ana səhifəsində başlıq hissədə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin kitabxana haqqında dəyərli fikrinin, “Kitabxana haqqında”, “Fəaliyyət istiqamətləri”, “E-xidmətlər”, “Media”, “Xidməti məlumatlar”, “Oxucuların nəzərinə” kimi bölmələrinin yer aldığını, o cümlədən MEK tərəfindən reallaşdırılan “Açıq qapı” və “MEK könüllüləri” kimi layihələrin də saytın əsas hissəsində olduğunu diqqətə çatdırdı. Direktor onu da vurğuladı ki, ilk dəfə olaraq kitabxananın veb saytında yerləşən “İnformasiya” bölməsində süni zəka texnologiyası vasitəsilə MEK-in fəaliyyət istiqamətləri haqqında audiovizual məlumat əldə etmək olar: “Saytın “E-xidmətlər” bölməsindəki e-kitabxanada e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr, yeni daxil olan kitablar, informasiya resurslarımız kimi hissələr mövcuddur. Həmin bölmələrdə dövlətçiliyə, Azərbaycan və dünya elminin inkişafına, mədəniyyət, incəsənət sahəsinə dair materiallar, alimlərin kolleksiyaları, qanun, fərman, sərəncam və digər sənədlərin mətnləri toplanıb, həmçinin “Fotoqalereya” və “Videoqalereya” yaradılıb. Oxucular saytdan dünyanın və Azərbaycanın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. MEK istifadəçiləri öz oxucu kartlarının nömrələri ilə dünyanın istənilən nöqtəsindən kitabların tam mətnini oxuya bilərlər”, - deyə direktor əlavə etdi.

Tədbirdə MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Oruc Quliyev, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Akademiyanın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, MEK-in elmi katibi Şəbnəm Rüstəmova, Biblioqrafik və elektron xidmətlər şöbəsinin müdiri Aytən Əliyeva çıxış edərək saytın üstünlüklərindən və əhəmiyyətindən danışıb, sayt vasitəsilə Azərbaycan elminin dünya elminə inteqrasiya olunması üçün çox əlverişli imkanların yaradıldığını bildirib, MEK-in elektron kitabxanasının istifadəyə verilməsinin AMEA-da həyata keçirilən elektron hərəkatın davamı olduğunu söylədilər.

Sonda yekun sözü ilə çıxış edən akademik İsa Həbibbəyli AMEA-da elektron hərəkatın daha da genişləndirilməsi və təkmilləşdirilməsi, elektron sənəd, elektron arxiv, elektron kitabxana kimi yeni elmi kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələrini diqqətə çatdırdı.


25 Sentyabr 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) mühafizə edilən kolleksiyaların yerləşdiyi Akademiklər kitabxanasının və onun nəzdində olan oxu zalının da açılışı oldu.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva və kitabxananın direktoru dosent Hüseyn Hüseynov iştirak etdilər.

Akademik İsa Həbibbəyli bildirdi ki, zəngin kitabxana fonduna malik olan Mərkəzi Elmi Kitabxanada 1 milyon 300 mindən çox kitab mühafizə olunur və onların sırasında görkəmli alimlərin və onların ailə üzvlərinin bağışladığı nadir kitablar sırasına daxil edilə biləcək qiymətli əsərlər də var.

Akademiklər kitabxanasının AMEA-da ilk dəfə təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli bu tarixi hadisənin yeniləşən Akademiya istiqamətində atılan addımların tərkib hissəsi olduğunu söylədi. Bildirdi ki, Akademiklər kitabxanası 29 adda kolleksiyadan ibarətdir və MEK-in nadir fondlarından biridir.

Bu zəngin kitabxananın geniş oxucu kütləsi üçün açıq olduğunu deyən akademik İsa Həbibbəyli fonddakı kitablardan hər  kəsin istifadə edə biləcəyini söylədi.

MEK-in direktoru dosent Hüseyn Hüseynov isə öz növbəsində tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunan kolleksiyalar haqqında məlumat verdi. Qeyd olundu ki, MEK istifadəçiləri artıq daha əlçatan şəraitdə, açıq fondda həmin nəşrlərdən rahat şəkildə istifadə edə biləcəklər.

Daha sonra Akademiklər kitabxanasına və oxu zalına baxış keçirildi, xatirə şəkli çəkdirildi.

AMEADA ilk: “MEK könüllüləri”




MEK-in peşəkar heyəti formalaşdırılmış və bu iş davam etdirilir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edib. Belə ki, kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edirlər. MEK intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaşarası gəncləri müsabiqəyə qoşulmağa dəvət edib. 

Qeyd edək ki, “MEK könüllüləri” layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar sentyabrın 12-də MEK rəhbərliyinin gənclərlə görüşü də keçirilib. MEK-in direktoru dosent Hüseyn Hüseynov ilk olaraq könüllü namizədlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb və kitabxananın fəaliyyəti barədə ümumi məlumat verib. Direktor Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını, cəmiyyətimizdə böyük rəğbət qazandığını vurğulayıb, eyni zamanda AMEA-da ilk dəfə könüllü hərəkatının məhz Mərkəzi Elmi Kitabxanada yaranmasını akademiya rəhbərliyinin kitabxanaya, kitaba, kitabsevərlərə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib. MEK rəhbəri kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak edəcək könüllülərin fəaliyyətini yüksək dəyərləndirib və gənclərə bu məsuliyyətli işdə uğurlar arzulayıb.

Həmin görüşdə MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova müsabiqəyə qoşulmaq üçün 200-ə yaxın müraciət qəbul edildiyini və son mərhələdə onlardan intizamlılıq, işgüzarlıq, operativlik, kollektivdə işləmək bacarığı, kompüter, dil biliyi, xüsusilə ixtisas uyğunluğu və digər keyfiyyətlərə malik 20 nəfər gəncin seçildiyini diqqətə çatdırıb. Elmi katib onu da vurğulayıb ki, onlar üç ay müddətində müxtəlif sosial bacarıqlar və əmək vərdişlərini aşılayan təlimlərdə iştirak edəcəklər. Öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikatlar veriləcəyini nəzərə çatdıran  elmi katib qeyd edib ki, aktivliyi ilə seçilənlərə xasiyyətnamələr də təqdim olunacaq ki, bu da onların gələcəkdə iş fəaliyyətlərinə müsbət təsir göstərəcək.

MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana işləri üzrə direktor müavini dosent Şəhla Quliyeva və digər çıxış edənlər MEK-in ayrı-ayrı şöbələri və fondlarının fəaliyyəti haqqında gənclərə məlumat veriblər.

Kitabxana ilə yaxından tanış olan könüllülər burada dövlət tərəfindən yaradılmış şəraitdən məmnunluq ifadə ediblər, eyni zamanda Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələr və hal-hazırda davam edən müxtəlif mövzulu sərgilərə baxıblar. Tədbir müddəti könüllüləri maraqlandıran suallar cavablandırılıb.

MEK ilə Respublika və xarici ölkələrin kitabxanaları, informasiya sistemləri arasında məlumat-biblioqrafiya və kitabxana işinin əlaqələndirilməsi, MEK-in Fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsi təmin olunur.

Yerli və xarici kütləvi informasiya vasitələrində, Mərkəzi Elmi Kitabxananın sayt və nəşrlərində, sosial şəbəkələrdə Kitabxananın fəaliyyətinin işıqlandırılması və təbliği sahəsində əhəmiyyətli işlər görülür.

Qeyd olunmalıdır ki, son on ildə MEK üzrə bir sıra tutarlı əsas elmi nəticələr əldə edilmişdir:    

2014-cü il (noyabr-dekabr). Vəziyyət qiymətləndirilib və 2015-2019 strateji hədəflər və mərhələlər müəyyən edilib.

2015-ci il. Kitabxana yeni binaya köçürülüb və ənənəvi kitabxana formatından müasir kitabxana-informasiya formatına keçirilib.

2016-cı il. Kitabxana informasiya resurslarının istehsalı mərhələsinə keçib. Milli Rəqəmsal Yaddaş layihəsi işlək vəziyyətə gətirilib.

2017-ci il. Kitabxana informasiya resurslarının tətbiqi mərhələsinə keçib. Sərbəst ensiklopedik resursların Azərbaycan modelini işlək vəziyyətə gətirib.

2018-ci il. Kitabxana-informasiya sahəsində keyfiyyət göstəriciləri dəyişdirilib, Vahid İdarəetmə Sisteminin əsas komponentləri işlək vəziyyətə gətirilib və interqasiya edilib.

2019-cı ildə MEK fəaliyyətinin beynəlxalq standartlara əsasən qiymətləndirilməsi aparılıb.

2020-ci il. Pandemiya şəraiti ilə əlaqəli kitabxana onlayn xidmət göstərib. Kitabxana fəaliyyətinə dair bir sıra şöbələr yenidən bərpa edilib. İRBİS 64+ proqramı tətbiq olunmağa başlayıb.

2021-ci il. İRBİS 64+ proqramı vasitəsilə kitabların e-kataloqa daxil edilməsi prosesinə başlanılıb. Qarabağ müharibəsi qəhrəmanları fondu yaradılıb.

2022-ci il. İRBİS 64+ proqramı vasitəsilə kitabların e-kataloqa daxil edilməsi prosesi davam edib. Proqramın yeni modulları üzərində iş aparılıb.

2023-cü il. İRBİS 64+ proqramı vasitəsilə e-kataloq zənginləşdirilib. E-kitabların toplanması və mühafizəsi yönündə işlər davam edib, həmçinin e-kataloq üzərində redaktə prosesləri aparılıb. Elmi-Metodik Şura yaradılıb. İnformasiya bülleteninin yenidən nəşrinə başlanılıb.

MEK-in 2024-cü ilin birinci yarısı üçün fəaliyyəti də təqdirəlayiq qiymətləndirilir


Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ilin birinci yarısı üçün görülmüş işlərə dair hesabatını təqdim edib. Tədbirdə MEK rəhbərliyi, AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri, kitabxana əməkdaşları iştirak ediblər.

Öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov ölkədə digər sahələrə olduğu kimi, kitabxana sahəsinə də yüksək dövlət qayğısından danışıb, bu istiqamətdə görülən işlərə nəzər salıb. Həmçinin kitabxana işində səmərəliliyin artmasında hesabatların zəruriliyini vurğulayan MEK rəhbəri, AMEA-nın bütün müəssisələrində yarımillik hesabatların dinlənildiyini qeyd edib, hesabat dövründə əldə olunan bir neçə nailiyyətlərdən danışıb.

Sonra MEK-in elmi katibi Şəbnəm Rüstəmova müəssisənin yarımillik hesabatını təqdim edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il üçün imzaladığı Sərəncamlarına müvafiq olaraq Mərkəzi Elmi Kitabxanada “Azərbaycan ekologiyası: biblioqrafik göstərici”nin hazırlandığını, yararsız kağızların toplanması və təkrar istehsala qaytarılması aksiyasına başlanıldığını, “Naxçıvan Muxtar Respublikası – 100” biblioqrafik göstərici və “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat kitabının hazırlanmaqda olduğunu, “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı ənənəvi və virtual kitab sərgilərin təşkil edildiyini, eləcə də “Füzuli günləri” layihəsi çərçivəsində filologiya sahəsində çalışanlar, tədqiqatçılar və təhsil alan tələbələrlə füzulişünas alimlərlə görüşlərin keçirildiyini diqqətə çatdırıb, görülən tədbirlərin icrası və qarşıda duran vəzifələrə nəzər salıb.

Elmi katib çıxışında onu da qeyd edib ki, son aylarda kitabxananın müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində köklü işlər aparılmaqdadır. MEK-də xidmət işinin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüş, fonddan sənədverilmənin vaxtı uzadılmış, Elmi-Metodiki Şuranın tərkibi yenilənmiş, oxucuları MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə “Açıq qapı günləri” təşkil edilmiş, kitabxana işinin effektivliyini günün tələbləri səviyyəsinə qaldırmaq məqsədilə ”MEK könüllüləri” layihəsinə start verilmişdir. 2024-cü ilin altı ayı ərzində Mərkəzi Elmi Kitabxanada əldə olunmuş nailiyyətlər sırasında kitabxananın beynəlxalq qurum və təşkilatlarla imzaladığı müqavilələr, Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, dünya şöhrətli alim Əziz Sancar və mötəbər xarici qonaqların MEK rəhbərliyi ilə görüşlərinin olduğunu da nəzərə çatdırıb.

Daha sonra, MEK tərəfindən elmi, mədəni-kütləvi tədbirlərin təşkili, müxtəlif beynəlxalq və yerli elmi-praktiki konfranslarda əməkdaşların iştirakı ilə bağlı məlumat verən elmi katib cari ilin 17 mayında MEK-in təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının əhəmiyyətini qeyd edib.

Ş.Rüstəmova, həmçinin MEK-in kitabxana işi üzrə göstəricilərini də diqqətə çatdırıb. Qeyd olunub ki, kitabların rəqəmsallaşdırılması işində də son iki ay ərzində artım müşahidə edilib, Ümummilli Lider Heydər Əliyev, Qarabağ və Şuşa haqqında məqalələr artıq elektron bazada yerləşdirilib. MEK əməkdaşları tərəfindən azərbaycandilli vikipediyada 911 yeni məqalə yaradıldığını, 107 məqalənin əsaslı redaktə edildiyini, xaricidilli vikipediyada isə 32 yeni məqalə yaradıldığını, 21 məqalənin əsaslı redaktə olunduğunu vurğulayıb.

Sonda AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva hesabatı qənaətbəxş hesab edib və qısa müddət ərzində qazanılan nailiyyətlərin, uğurların davamlı olacağından inamını ifadə edib, uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktorunun sədrliyi ilə 2024-cü ilin yarım ili üzrə MEK-in Avtomatlaşdırma və proqram təminatı, Elektron Resurslar, Kataloqlaşdırma, Komplektləşdirmə, Biblioqrafik nəşrlər, Biblioqrafik və elektron-informasiya xidməti, Elektron xidmətlər, Xidmət, Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, İctimaiyyətlə əlaqələr, İnnovativ layihələr və metodiki təminat, Beynəlxalq əlaqələr, Reproqrafiya, Sənədlərlə iş şöbələrinin, o cümlədən Nadir kitablar və qiymətli nəşrlər, Qarabağ müharibəsi qəhrəmanları, Xarici dillərdə ədəbiyyat, Azərbaycan dilində ədəbiyyat və mübadilə fondlarının cari ilin 6 ayı ərzində gördükləri işlərə dair hesabatları dinlənilib. Hesabatlarda kitabxana fondunun daha da zənginləşdirilməsi, kitab dövriyyəsinin səmərəsinin artırılması, kitabxanalararası abonement təcrübəsinə müraciət, oxu zallarından istifadə imkanlarının genişləndirilməsi, oxucuya xidmətin səviyyəsini artırmaq məqsədilə elektron kitabxana sahəsində işlərin sürətləndirilməsi, yeniliklərin daha da geniş təbliğinin aktivləşdirilməsi üçün ictiamiyyətin və elmi müəssisələrin müntəzəm olaraq məlumatlandırılması və s. bu kimi önəmli məsələlərə aydınlıq gətirilib.

Direktor hesabatlarda kitabxananın 2024-cü ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğunu müsbət qiymətləndirib, xüsusilə elektron-kitabxana sahəsində görülən işlərin vacibliyini qeyd edib, bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb, bəzi qeyd və təkliflərini səsləndirib.

İnformasiya xidməti MEK-in əsas fəaliyyət sahəsidir


Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev deyir ki, İnformasiya xidməti MEK-in əsas fəaliyyət sahəsidir: “Demək olar ki, kitabxananın əksər şöbələri informasiya xidmətinin göstərilməsi və təkmilləşməsi üçün çalışır. İnformasiya xidməti MEK-in xidmətlərindən faydalanacaq oxucuların qeydiyyatı, onların sifariş etdikləri resurslarla təmin edilməsi və geri qəbul edilərək müvafiq saxlanca göndərilməsi və bu xidmətin təşkili üçün zəruri olan informasiya təminatının və alətlərinin hazırlanması fəaliyyətini nəzərdə tutur”.

O.Quliyevin həmçinin qəzetimizin əməkdaşına bildirib ki, yaxın gələcəkdə Qarabağda fəaliyyət göstərəcək kitabxanaların MEK tərəfindən himayəyə götürülməsi və onlarla sıx əməkdaşlıq edilməsi prioritet vəzifələrdəndir. Direktor müavininin verdiyi məlumata görə, Mərkəzi Kitabxanada daha iki zalın fəaliyyətə başlaması nəzərdə tutulub: Həmin zalların birində elektron tablolar, güşələr yaradılacaq. Oxucu elektron tablolarda kitab oxuyacaq. O biri zalda müqavilə şərtləri ilə kitabları götürüb, oxuyub təhvil verəcəklər və s. Həmçinin   dövlət və hökumət strukturlarına aid olan kitabxanaların kitab güşəsilə, elmlə məşğul olanların əsərləri ilə, mediada gedən məlimatlarla yeni yaradılmış veb-sayt vasitəsilə tanış olmaq, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin qərarlarını mənbədən öyrənmək mümkün olacaq”.

MEK-da AMEA-nın elmi-tədqiqat müəssisələri, Rəyasət Heyəti yanında müəssisə və təşkilatların əməkdaşları daxil olmaqla, Bakı şəhərinin və respublikanın elmi-tədqiqat müəssisələrinə, ali məktəblərə və başqa təşkilatlara, həmçinin MDB və xarici ölkələrin kitabxanalarından müraciət edən oxuculara informasiya xidməti göstərilir. Təkcə son yarım il ərzində MEK-də yeni 546 oxucu qeydiyyatdan keçib, hal-hazırda oxucuların sayı 9183 nəfərdir.

AMEA-nın əməkdaşları, magistrları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir. Yarım il ərzində 1114 sayda ədəbiyyat oxucuların istifadəsinə verilib, bunlardan 883 ədəbiyyat saxlancdan, 281 ədəbiyyat isə yardımçı fondlardan istifadə edilib. Həmçinin oxucular tərəfindən sifariş olunan sənədlərin surəti çıxarılaraq oxuculara təqdim edilmişdir. .

Oxuculara informasiya xidməti ənənəvi üsulla yanaşı elektron kataloq, onlayn sifariş ilə də yerinə yetirilir. AMEA Mərkəzi Elmi Kitabxanası 100 illiyini qeyd etməyə hazırlaşır

,

Yada salmağa dəyər ki, AMEA Mərkəzi Elmi Kitabxanası 100 illiyini qeyd etməyə hazırlaşır. Kitabxananın 1924-cü ildə Azərbaycanın görkəmli ziyalıları  N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü  və yaxından köməyi ilə «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti»nin nəzdində yaradıldığı bildirilir. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının kitabxana xidməti üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızının araşdırmalarına görə, kitabxananın təşkil olunması haqqında qərar hələ 1923-cü il noyabrın 18-də qəbul edilsə də, bu məqsədlə xeyli kitab toplansa da, sözün həqiqi mənasında kitabxananı yaratmaq mümkün olmamış, bu iş yalnız 19 avqust 1925-ci ildən gerçəkləşməyə başlamışdır.

Ş.Tahirqızı arxiv sənədləri əsasında belə bir nəticənin daha məqsədəuyğun hesab edilməsinin tərəfdarıdır ki, 19 avqust 1925-ci ildə əsası qoyulmuş Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının - bu nüfuzlu elm və təhsil məbədinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması elmi ictimaiyyətin və kitabxana əməkdaşlarının çox böyük sevincinə səbəb olar.

Hazırladı: Şükür Həsənov, “Günün xəbərləri”









XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031