Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

Image


4 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.

Açılış mərasimində Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya, Bakıdakı Macarıstan səfirliyinin birinci katibi, Təhsil və Mədəniyyət üzrə Diplomat Monika Ferföldi iştirak  edib.

Mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, 2019-cu ildə Azərbaycan Milli Kitabxanasında beynəlxalq əməkdaşlıq zalının, eyni zamanda  13 ölkənin ədəbiyyat guşələrinin açılışı olub. Bu gün isə Milli Kitabxanada  Macarıstan Respublikasının ədəbiyyatı guşəsi açılır. Ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması qanunauyğun hadisədir. Milli Kitabxanalar bir -birləri ilə kitab mübadiləsi aparırlar və  illər ərzində həmin ölkələrdən kitablar alınır və o kitabların oxuculara çatdırılmasında belə zalların çox böyük əhəmiyyəti olduğunu söyləyib. Ədəbiyyat guşələrinin açılışının özəlliyi ondan ibarətdir ki,  burda hər bir ölkənin Milli kitabxanasına bir başa çıxış olduğunu qeyd edib. Bu gündən sonra  Macarıstan Respublikasının ədəbiyyatı, coğrafiyası və mədəniyyəti ilə maraqlanan oxucular həm bu guşəsindən istifadə edəcək, həm  hə komputer vasitəsilə Macarıstanın Milli Kitabxanasının digər elektron resurslarından bəhrələnə biləcəklərini bildirib.

Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser çıxış edərək mədəniyyətin millətlər arasında körpülər qurduğunu və kitabxanalarin bu prosesdə əsas rol oynadığını qeyd edib.  Kitabxanalar yalnız bilik mərkəzləri deyil, həm də mədəni diplomatiyanın körpüləridir. Onlar, bir millətin ədəbiyyatını, mədəniyyətini və düşüncə tərzini dünya miqyasında nümayiş etdirməkdə xüsusilə önəmli rol oynayırlar.

Macar kitab guşəsinin açılması yalnız Macar ədəbiyyatı və mədəniyyətinin təbliği simvolu deyil, həm də bir əlaqə yaratma fürsətidir. Bu, hər kəsə Macar tarixini, mədəniyyətini və Macar ruhunun dərinliklərini anlamaq imkanı verir.

Macar kitab guşəsi, mədəni diplomatiya sahəsində də böyük bir addımdır, çünki bu, Macarıstanın mədəniyyətini və dəyərlərini Azərbaycana təqdim etməyə olan bağlılığını göstərir. Bu təşəbbüsün Macar-Azərbaycan mədəni əlaqələrinin güclənməsinə müsbət təsir edəcəyini bildirib. Bu gün açılan kitab guşəsi, mədəniyyətlərarası dialoq və əməkdaşlığa uzunmüddətli bir öhdəlikdir. Mən inanıram ki, bu təşəbbüs yalnız Macar mədəniyyətini zənginləşdirməyəcək, eyni zamanda bizim ədəbiyyatımızla, dolayısı ilə də Macarıstanla tanış olacaq hər kəs üçün də dəyər qatacağını vurğulayıb. Gələn ilin əvvəlində Macarıstan Respublikasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılış mərasiminin keçiriləcəyini bildirib.

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin tarixinin çox qədim olduğunu, əsrlər boyu Gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadığını və bu gözəl ənənələrin bu gün də davam etdiyini deyib. Bu gün bu əlaqələrin bir göstəricisi kimi Azərbaycan Milli Kitabxanasında Gürcüstana dair daimi guşənin olmasının çox sevindirici bir  hal olduğunu bildirib. Həmçinin, o, buradakı kompyuterlərdən istifadə edərək birbaşa Gürcüstan Milli Parlament Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı yaradıldığı vurğulayıb. Azərbaycan dövlətinin Milli Kitabxanaya diqqət və qayğısının təqdirəlayiq hal olduğunu eyni münasibətin gələcəkdə Gürcüstan Respublikasının kitabxanlarında da olacağına ümid etdiyini deyib. Həmçinin Azərbaycan Milli Kitabxanasını xüsusilə  də Milli Kitabxananın nəzdində yaradılan “Açıq Kitabxana”nı çox bəyəndiyini və bunun unikal bir hal olduğunu söyləyib. Gürcüstan Milli Parlament Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılacağını, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyini bildirib.

Sonda qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”,  “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitablar, Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencserə isə eyni zamanda  Azərbaycan milli kəlağayısı hədiyyə edilib.

Gununxeberi.az 

 

















XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031