İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

Image


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Bu görüşdə, xüsusilə, Cəbrayıl şəhərinin azad edilməsinin streteji əhəmiyyəti barədə bir sıra məsələlərə toxunuldu.2020-ci il sentyabrın 27-dən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə başladı. İlk azad olunan rayon məhz Cəbrayıl rayonu oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri Şanlı ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Bütün Cəbrayıl əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi.

Cəbrayılın işğaldan azad edilməsi müjdəsi veriləndə Azərbaycanın hər bir bölgəsində insanlar küçələrə axışdılar, sevincindən ağlayanlar var idi. Bu sevinc göz yaşları haqqın qələbə çaldığına inanan insanların qürur duyğusu idi.Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.

2020-ci il 27 sentyabr tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Burada Cəbrayıl əməliyyatının da xüsusi əhəmiyyəti var idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu. 

Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başladı. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edildi. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı.İşğal zamanı çəkilən əziyyətlərə və ermənilərin rayonda törətdiklərinə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır. 

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyev rayona dəfələrlə səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə Dövlət Bayrağımızı ucaltmışdı. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bütün bunlar isə dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür. Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə köç karvanı Bakıdan yola salınıb. 

Həyata keçirilən işlər, nəhəng layihələr soydaşlarımızın rahatlığı və firavanlığına hesablanıb.Vətənin hər qarış torpağı bizlər üçün əzizdir. Ata-babalarımızın bizə əmanət qoyub getdiyi ana yurdumuzu bizlər göz bəbəyi kimi qoruyub gələcək nəsillərimizə təhvil verməliyik. Tarixin müəyyən dövrlərində yağı düşmənin işğalına məruz qalan torpaqlarımız qəhrəman xalqımızın şücaəti sayəsində yenidən öz azadlığına qovuşmuşdur. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması sevincini qürurla xatırlayır. Bizim tariximizdə bir çox qürurverici anlar olub, hadisələr olub, qələbələr olub. Cəbrayılın azad edilməsi xüsusi strateji əhəmiyyətə malikdir. Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. 

Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı.Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti və qədirbilən xalqımızın həmrəyli ilə bütün torpaqlarımız işğaldan xilas edildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərimz bütün cahanda dillər əzbəridir. Qarabağın işğaldan azad olunması yolunda ilk cığırlarımız Suqovuşandan, Cəbrayıldan, Hadrutdan başlamışdır. Azadlığın mübarək Cəbrayıl!

 

 

 

 

 

Xəzər rayonu, R.Qasımov adına 

216 nömrəli tam orta məktəbin müəllimi 

Gülər Məmmədbəyli

 








XƏBƏR LENTİ

07.10.2024 | 12:15
Avropada ən çox qanunsuz miqrant yaşayan ÖLKƏLƏR

07.10.2024 | 12:13
Qazaxıstanda referendum: Xalq "HƏ" dedi

07.10.2024 | 11:49
Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək

07.10.2024 | 11:09
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

07.10.2024 | 11:07
Azadlığına qovuşan Cəbrayıl

07.10.2024 | 11:03
4 Oktyabr – Cəbrayılın qurtuluş günü

07.10.2024 | 10:51
4 Oktyabr- Cəbrayıl Şəhəri Günüdür!

07.10.2024 | 10:49
Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

07.10.2024 | 10:44
Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

07.10.2024 | 10:42
4 oktyabr – təqvimə qızıl hərflərlə yazılan Şanlı gün

07.10.2024 | 10:28
İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

07.10.2024 | 10:25
Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

07.10.2024 | 10:24
Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031