Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

Image


          Məlum olduğu kimi, bu il Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümü tamam oldu. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində mühüm mərhələnin simvoludur. 

       Yeri gəlmişkən, qeyd edək ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə cari ilin 3 – 4 oktyabr tarixlərində Cəbrayıla növbəti səfəri zamanı şəhər sakinləri ilə görüşmüş və onların qarşısında çıxış etmişdir. Dövlət başçısı çıxışına, bundan sonra hər il bu tarixi günün Cəbrayılın azad edilməsi şərəfinə qeyd olunacağını vurğulayaraq başlamışdır. Vətən Müharibəsinin əsas dönüş nöqtəsi Cəbrayılın düşmən işğalından azad edilməsi ilə bağlıdır. Çünki bu tarixdən bir həftə əvvəl başlayan döyüşlərdə Azərbaycan Ordusu 20-yə yaxın kəndi işğaldan azad etsə də, Cəbrayıl azadlığa qovuşan ilk şəhər idi. Cəbrayılın işğaldan azad edilməsi həm ordunun mənəvi gücünü, həm də xalqın ruh yüksəkliyini daha da artırdı. Bu uğurlu əməliyyat müharibənin gedişatına müsbət təsir göstərdi.

     Qeyd edək ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən bir neçə gün sonra Hadrut əməliyyatı uğurla həyata keçirildi və düşmənin möhkəm müdafiə xətləri darmadağın edildi. Nəticədə, düzgün qurulmuş hərbi strategiya, ordumuzun döyüş əzmi, əldə edilmiş qələbələrdən qaynaqlanan ruh yüksəkliyi sayəsində Füzuli, Zəngilan və Qubadlı şəhərləri də işğaldan azad edildi. Nəhayət, 8 noyabrda Şuşanın azad olunması ilə müharibə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Ümumilikdə, müharibə dövründə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi və Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imzaladı. Cənab Prezident çıxışında azad edilmiş torpaqlarımızda gedən genişmiqyaslı quruculuq və bərpa işlərindən də danışdı. Cəbrayılın azad edilməsindən dərhal sonra ərazidə minaların təmizlənməsi və infrastrukturun bərpasına başlanıldığını xatırlatdı. Prezident İlham Əliyev Cəbrayıl şəhərində çoxmənzilli 33 binanın inşa edildiyini, 712 mənzilin inşasının davam etdirildiyini və yeni yaşayış məhəllələrinin sakinlər üçün hazır olduğunu bildirdi. Azad edilmiş torpaqlarda aparılan bərpa işləri miqyas və sürət baxımından bənzərsizdir, bütün şəhərlər və kəndlər üçün dəqiq və planlı şəkildə infrastrukturlar qurulmaqdadır.

     Prezident İlham Əliyev çıxışında Qərb ölkələrinin, xüsusilə Fransa və ABŞ-ın Ermənistanı dəstəklədiyinə və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiklərinə diqqət çəkdi. O, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmasına baxmayaraq, onlara qarşı 30 il ərzində heç bir sanksiya tətbiq edilmədiyini vurğuladı. Məsələyə ikili standartlarla yanaşan bu dövlətlər öz ərazi bütövlüyünü təmin edən Azərbaycana qarşı isə təzyiqlər göstərməkdə davam edir. Prezident İlham Əliyev Azərbaycanın yalnız öz gücünə güvənərək, hər hansı xarici təzyiqə boyun əyməyəcəyini, beynəlxalq hüquq normaları çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü hər zaman qoruyacağını diqqətə çatdırdı. Cənab Prezident çıxışında Qərb dövlətlərinin Cənubi Qafqaza müdaxilələrini və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini qınadı O, Azərbaycanın müstəqilliyini qorumaq və gələcək inkişafını təmin etmək üçün yalnız öz milli maraqlarına uyğun qərarlar qəbul edəcəyini vurğuladı. Azad edilmiş ərazilərin sürətli bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq öz yurdlarına qayıdırlar. Prezident İlham Əliyev Xankəndi, Şuşa, Laçın və digər azad edilmiş şəhərlərdə Azərbaycan bayrağının dalğalandığını, bərpa işlərinin sürətlə davam etdiyini və kəndlərin bərpası prosesinin uğurla icra olunduğunu qeyd etdi.

    Ən əsası, Prezident İlham Əliyevin Cəbrayılda etdiyi çıxış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi mübarizənin əzəmətini, azad edilmiş torpaqların bərpası və inkişafı istiqamətində görülən işlərin miqyasını və qərəzli təzyiqlərə qarşı ölkəmizin möhkəm iradə nümayiş etdirdiyini bir daha sübut etdi. Bundan sonra da azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri davam etdiriləcək, ölkəmiz bütün çətinliklərə sinə gərərək öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa davam edəcək, müxtəlif sahələrdə qazandığı zəfərlərlə şanlı tarixini yazacaqdır.

  Pünhan Qasımova,
 
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədr müavini

 

 








XƏBƏR LENTİ

07.10.2024 | 12:15
Avropada ən çox qanunsuz miqrant yaşayan ÖLKƏLƏR

07.10.2024 | 12:13
Qazaxıstanda referendum: Xalq "HƏ" dedi

07.10.2024 | 11:49
Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək

07.10.2024 | 11:09
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

07.10.2024 | 11:07
Azadlığına qovuşan Cəbrayıl

07.10.2024 | 11:03
4 Oktyabr – Cəbrayılın qurtuluş günü

07.10.2024 | 10:51
4 Oktyabr- Cəbrayıl Şəhəri Günüdür!

07.10.2024 | 10:49
Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

07.10.2024 | 10:44
Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

07.10.2024 | 10:42
4 oktyabr – təqvimə qızıl hərflərlə yazılan Şanlı gün

07.10.2024 | 10:28
İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

07.10.2024 | 10:25
Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

07.10.2024 | 10:24
Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031