Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

Image

 


 

Dünyanın ən ağır həsrəti torpaq həsrətidir , Vətən həsrətidir. Təəssüf ki , biz bu ağrını yaşadıq, taleyimizə bu həsrət yazıldı. XX əsrin 80- ci illərində ermənilərin bizə qarşı qaldırdığı

torpaq iddiası , bir- birinin ardınca itirdiyimiz rayonlarımız , Vətən uğrunda canlarından keçən

övladlarımız xalqımızın taleyinə bir acı həsrət yazdı .Otuz ilə yaxın biz Vətən həsrəti ilə yaşadıq. 2020- ci ilin sentyabr ayının 27-si. Dövlət sərhədlərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qaldı. Ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirən cənab İlham Əliyev ümumi səfərbərlik elan etdi. Ordumuz ilk günlərdən uğurlu addımlar atırdı. İtirilmış torpaqlar uğrunda gedən döyüşlər nəticəsində ilk uğurlu nəticələr əldə olunurdu. 4 oktyabrda Cəbrayıl şəhəri və ətraf kəndlər işğaldan azad edildi. Bu qələbəyə qədər bir həftə vaxt keçmişdi. Bu vaxt ərzində 20- yə yaxın kənd azad edilmişdi. Amma 4 oktyabrda azad edilmiş Cəbrayıl şəhəri ilk azad olan şəhər idi.

Cəbrayıl şəhəri uğrunda aparılan əməliyyat çox mühüm əhəmiyyətə malik idi, çünki Hadruta gedən yol Cəbrayıldan keçirdi. Hadrutun alınması isə Şuşaya gedən yolun üstündəki ən böyük müdafiə xəttinin yarılması idi. Qəhrəman oğullarımız böyük peşəkarlıq göstərərək torpaqlarımızı qarış- qarış mənfur düşmənlərdən azad etdilər .4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür. Bu günlərdə həmin günü qeyd etdik. Bugünkü tarixdə cənab İlham Əliyev Cəbrayıl şəhərinə səfər etdi. Prezidentimizin bu səfəri bir daha sübut edir ki, o, daim xalqımızın yanındadır. Həm şad günümüzdə, həm də qəmli günümüzdə öz liderini yanında görmək xalqımız üçün böyük stimul verir. Ən gözəl haldır ki, bu tarixdə ilk Cəbrayıl sakinləri şəhərdə yaşamaq üçün köç etdilər. Bu hadisəni, bu gedişi sözlə ifadə etmək çox çətindir. Cəbrayıl əhalisi bu günü 30 ildir gözləyirdi. Xalqımızın indiyə qədər keçirdiyi hər bayram Vətən həsrəti ilə keçmişdir. Üzümüzə gələn hər bayramın Vətəndə keçirilməsi arzusu ilə yaşayıb bu günümüzə qədər gözləyən Cəbrayıl əhalisi sevinc göz yaşları ilə doğma torpaqlara qayıdış etdi. Doğma torpaqlarımız sanki bayram libasına bürünüb. Hörmətli prezidentimizin bu yerlərə səfəri isə Cəbrayıl əhalisi üçün çox sevindirici haldır.

Səfər zamanı Cənab İlham Əliyev Cəbrayıl əhalisi qarşısında çıxış edərək onlarla səmimi söhbət etdi. Onlarla bu günə qədər keçdiyimiz yola bir daha nəzər saldı. O, çıxışında qeyd etdi ki, Cəbrayıldan başlanan zəfərimiz Şuşada tamamlandı. Döyüş meydanında uduzan Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Prezident İlham Əliyev qeyd etdi ki, azad olan torpaqlarımızda qarşıda duran əsas vəzifə torpağın minalardan təmizlənməsi idi. Murdar düşmən torpaqlarımızda saysız – hesabsız ölüm saçan minalar basdırmışdı. Dörd il ərzində peşəkar işçilər torpağı minalardan təmizlədilər. Torpaqlarda infrastruktur layihələrinin icrası bu gün də davam edir. 

Bütün işğaldan azad olunan torpaqlarda olduğu kimi Cəbrayılda da amansız düşmən heç bir yaşayış məntəqəsini salamat buraxmamışdır. Amma dövlətimiz tərəfindən az bir zaman ərzində Cəbrayıl rayonunun mərkəzində 33 yaşayış binası inşa edilib. Bu binalarda 712 mənzil var. Bu görülən işlər sübut edir ki, biz hər bir çətinliyin öhdəsindən gəlməyə qadirik. İlham Əliyev qeyd etdi ki, qoy Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yaşamışlar. Bununla da cənab İlham Əliyev demək istəyir ki, mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. İndi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara əsl sahibləri qayıdıb.

Cənab Prezident onu da qeyd etdi ki, həmişə olduğu kimi bu gün də ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Bu gün də Amerika Konqresinin, Fransa hökumətinin Azərbaycana qarşı apardığı anti-Azərbaycan kompaniyası geniş vüsət alıb. Yenə də onlar məkrli fikirlər irəli sürərək Azərbaycanın apardığı ədalətli işlərin üzərinə kölgə salırlar. Cənab İlham Əliyev sakinlərlə çıxışında qeyd etdi ki, heç bir dövlət bizimlə zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı azad etmək üçün bizə bir həftə lazım idisə Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan bölgələri cəmi bir neçə saat ərzində azad etmişik.

Bəli, cənab prezidentin bu sözləri bir daha sübut edir ki , xalqımızın taleyi əmin əllərdədir. Üçrəngli bayrağımız artıq Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Laçında, Füzulidə, Xankəndidə, Xocalıda , Cəbrayılda yaşayırlar. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik. Hər tərəfdə quruculuq işləri aparılır. Çox keçməyəcək ki, işğaldan azad olmuş torpaqlarımız gülüstana çevriləcək. Keçmişdəkindən də gözəl olacaqdır. Dəmir yumruq altında birləşən xalqımız işğaldan azad olmuş torpaqlarda qurub-yaradacaq . İndi azad torpaqlarda məktəblər, uşaq bağçaları fəaliyyət göstərir. Xankəndidə Qarabağ Universiteti öz isti qucağını tələbələrə açıb. Bütün bunlar bir daha sübut edir ki, biz hər bir çətinliyə qalib gələcəyik. Var olmuşuq , həmişə də var olacayıq!

 

 

 

 

Xəzər rayonu, 234 nömrəli məktəbin müəllimi

Quliyeva Şəmsiyyə

 







XƏBƏR LENTİ

07.10.2024 | 12:15
Avropada ən çox qanunsuz miqrant yaşayan ÖLKƏLƏR

07.10.2024 | 12:13
Qazaxıstanda referendum: Xalq "HƏ" dedi

07.10.2024 | 11:49
Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək

07.10.2024 | 11:09
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

07.10.2024 | 11:07
Azadlığına qovuşan Cəbrayıl

07.10.2024 | 11:03
4 Oktyabr – Cəbrayılın qurtuluş günü

07.10.2024 | 10:51
4 Oktyabr- Cəbrayıl Şəhəri Günüdür!

07.10.2024 | 10:49
Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

07.10.2024 | 10:44
Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

07.10.2024 | 10:42
4 oktyabr – təqvimə qızıl hərflərlə yazılan Şanlı gün

07.10.2024 | 10:28
İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

07.10.2024 | 10:25
Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

07.10.2024 | 10:24
Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031