Azadlığına qovuşan Cəbrayıl

Image


 

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Qədim tarixinə nəzər salsaq,  Cəbrayıl ərazisi Midiya, Əhəməni,  Albaniya dövlətlərinin tərkibində olmuşdur. Orta əsrlərdə Şəddadilərin, Hülakülərin, Teymurilərin, Qaraqoyunlu,   Ağqoyunlu, Səfəvilərin ərazisində mövcudluğunu saxlamış  və XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərinə kimi  Qarabağ xanlığının tərkibində olmuşdur. Çar Rusiyası dövründə əvvəlcə Şuşa qəzasına tabe olmuş,  sonra isə Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası olaraq formalaşmışdır.   İnzibati rayon olaraq  8 avqust 1930-cu ildə təşkil edilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə 23 avqust 1993-cü il tarixində   rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş,  1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı rayona bağlı  Cocuq Mərcanlıkəndi işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşlərində isə Cocuq Mərcanlı kəndinin şimal qərbində olan  Lələtəpə yüksəkliyi erməni işğalından azad olunmuşdur.2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ilk olaraq Cəbrayıl rayonunun bir sıra yaşayış məskənləri işğaldan azad edilmişdir. O cümlədən İkinci Qarabağ müharibəsi dövründə, 4 oktyabr tarixində  işğaldan azad edilən ilk şəhərimiz Cəbrayıl şəhəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edə bilmişdir.  Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra, ilk iş olaraq,  həmin ərazilərdə bərpa işləri aparılmağa başlandı. Cəbrayılın da  inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verildi və  ilk növbədəminalardan təmizləmə işləri aparıldı.  Çünki, xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi.  Minalardan təmizlənmə prosesi başa çatdıqdan sonra infrastruktur layihələrinin icrası dərhal başlandı. 

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.Bu günə qədər heç bir yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini  aparmamışlar. Çünki, bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Azad edilmiş torpaqlarda  hər bir şəhərin baş planı təsdiq edilib və  hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulmuşdur. Gözəl, göz oxşayan evlər  dövlətimizin gücünü və   keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövlətinin  əlindən gələni əsirgəmədiyini göstərir. Qısa vaxt ərzində  Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verildi. 30 il ərzində dağıntılara məruz qalmış torpaqlarımızda  görülənbütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Təbiidir ki,bugünkü gün Azərbaycanın heç kimdən qorxmadan və çəkinmədən öz hüququnu bərpa etməsi xarici qüvvələri, xüsusilə də qərb dövlətlərini  qıcıqlandırır. Amma həmin dövlətlər unutmasın ki, bizim xalqımız 30 il ərzində bütün beynəlxalq hüquq və konvensiyalara sadiq qalıb dinc yolla məsələnin həllini gözlədi. Gözləməyin heç bir nəticəsinin olmadığını görən xalq rəhbərinin ətrafında sıx birləşib canı bahasına,  haqqı olanı “44 gün” ərzində geri qaytardı. Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda  və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik. Dövlətimizin inkişafı və torpaqlarımızın müdafiəsi   yolundan bizi heç kim çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik..

 

 

Ülviyyə Məmmədova 

Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin direktor müavini

 

 

 







XƏBƏR LENTİ

07.10.2024 | 12:15
Avropada ən çox qanunsuz miqrant yaşayan ÖLKƏLƏR

07.10.2024 | 12:13
Qazaxıstanda referendum: Xalq "HƏ" dedi

07.10.2024 | 11:49
Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək

07.10.2024 | 11:09
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

07.10.2024 | 11:07
Azadlığına qovuşan Cəbrayıl

07.10.2024 | 11:03
4 Oktyabr – Cəbrayılın qurtuluş günü

07.10.2024 | 10:51
4 Oktyabr- Cəbrayıl Şəhəri Günüdür!

07.10.2024 | 10:49
Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

07.10.2024 | 10:44
Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

07.10.2024 | 10:42
4 oktyabr – təqvimə qızıl hərflərlə yazılan Şanlı gün

07.10.2024 | 10:28
İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

07.10.2024 | 10:25
Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

07.10.2024 | 10:24
Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031