Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

Image


Vətənin hər qarış torpağı bizlər üçün əzizdir. Ata-babalarımızın bizə əmanət qoyub getdiyi ana yurdumuzu bizlər göz bəbəyi kimi qoruyub gələcək nəsillərimizə təhvil verməliyik. Tarixin müəyyən dövrlərində yağı düşmənin işğalına məruz qalan torpaqlarımız qəhrəman xalqımızın şücaəti sayəsində yenidən öz azadlığına qovuşmuşdur. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması sevincini qürurla xatırlayır. Bizim tariximizdə bir çox qürurverici anlar olub, hadisələr olub, qələbələr olub. Cəbrayılın azad edilməsi xüsusi strateji əhəmiyyətə malikdir. Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. 

Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

“O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”, - deyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib, şəhidlərimizlə əbədi fəxr edəcəyimizi vurğulayıb.  "Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı.”

2020-ci il sentyabrın 27-dən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə başladı.4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Bütün Cəbrayıl əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. Cəbrayılın işğaldan azad edilməsi müjdəsi veriləndə Azərbaycanın hər bir bölgəsində insanlar küçələrə axışdılar, sevincindən ağlayanlar var idi. Bu sevinc göz yaşları haqqın qələbə çaldığına inanan insanların qürur duyğusu idi.

Müzəffər Aii Baş Komandan İlham Əliyev və Mehriban xanım Əliyeva 2020-ci ilin noyabrın 16-da Cəbrayıl şəhərinə səfər etmişdilər. İşğaldan azad olunmuş Xudafərinə üçrəngli Azərbaycan bayrağının sancılması çox böyük əhəmiyyət kəsb edirdi. Dünyada yaşayan bütün azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunmasını  çox böyük fəxarət hissi ilə qeyd edirdilər. Cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və praqmatik siyasət nəticəsində Azərbaycan Qafqazın ən güclü ölkəsinə çevrilmişdir. 

İşğaldan azad olunmuş torpaqlarımızın hamısında geniş abadlıq-quruculuq işləri görülməkdədir.  Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz gündən-günə abadlaşaraq daha gözəl olacaqdır. Yağı düşmənə göz dağı verən rəşadətli ordumuz vətənimizin sərhədlərini, ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur. 27 il davam edən münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan bütün addımlar heç bir nəticə vermədi. Beynəlxalq təşkilatların münaqişənin həllinə biganə yanaşması və ikili standartları hərb variantını qaçılmaz edirdi. Azərbaycan hər zaman öz rəsmi mövqeyini bildirmişdir ki, Ermənistan işğal edilmiş torpaqlarımızı barış yolu ilə geri qaytarmasa hərb yolu ilə geri alınacaqdır. BMT qətnamələrinin heç birinə məhəl qoymayan mənfur Ermənistanın başı üzərində “dəmir yumruğu” göstərməyin zamanı gəlmişdir. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti və qədirbilən xalqımızın həmrəyli ilə bütün torpaqlarımız işğaldan xilas edildi.

 

Xəzər rayonu, 92 N-li tam orta məktəbin 

Tarix müəllimi Əkbərova Hüsniyyə







XƏBƏR LENTİ

07.10.2024 | 12:15
Avropada ən çox qanunsuz miqrant yaşayan ÖLKƏLƏR

07.10.2024 | 12:13
Qazaxıstanda referendum: Xalq "HƏ" dedi

07.10.2024 | 11:49
Cəbrayıl tezliklə ölkənin ən aparıcı rayonlardan birinə çevriləcək

07.10.2024 | 11:09
Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

07.10.2024 | 11:07
Azadlığına qovuşan Cəbrayıl

07.10.2024 | 11:03
4 Oktyabr – Cəbrayılın qurtuluş günü

07.10.2024 | 10:51
4 Oktyabr- Cəbrayıl Şəhəri Günüdür!

07.10.2024 | 10:49
Prezident İlham Əliyevin Cəbrayıla səfəri xüsusi önəm daşıyır

07.10.2024 | 10:44
Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

07.10.2024 | 10:42
4 oktyabr – təqvimə qızıl hərflərlə yazılan Şanlı gün

07.10.2024 | 10:28
İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır

07.10.2024 | 10:25
Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

07.10.2024 | 10:24
Cəbrayılda bərpa-quruculuq işləri sistemli şəkildə uğurla davam etdirilir

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031