Azərbaycan-Almaniya əlaqələri inkişaf edir.

Image

Azərbaycan-Almaniya əlaqələri inkişaf edir.

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Prezident Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1–4 iyul 1996-cı il tarixdə Almaniyada rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.

2001-ci ilin mayında Almaniya xarici işlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər edib. Prezident Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR — in Ermənistan — Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib: "…Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində — Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır." Almaniyanın xarici işlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib.

24–26 avqust 2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 14–16 fevral 2007-ci il tarixli Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılıb.

Prezident İlham Əliyev 04–06 fevral 2010-cu il tarixdə Almaniyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev Almaniyanın Kansleri Angela Merkelle görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan Azərbaycanda alman texnologiyalarına tələbat olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib. Almaniya Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1–4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Prezident Heydər Əliyev Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb. Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb.

Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında "Kreditlərin Zəmanəti Fondu"nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və Almaniya arasında mədəni əlaqələr intensiv şəkildə inkişaf edir. Azərbaycan ilə Almaniya arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Bu sazişlə yaradılan Azərbaycan–Alman Qarışıq komissiyasının 4–6 fevral 1997-ci il və 4–6 noyabr 2002-ci il tarixlərində iclasları keçirilib. ATƏT-in İstanbul Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il noyabrın 19-da "Çırağan sarayı"nda Almaniya Federativ Respublikasının kansleri Herhard Şröderlə görüşüb. Görüş çərçivəsində Prezident Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edib. — "Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 1947-ci ildən muzeyimizdə saxladığımız həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm."

Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008-ci il tarixlərində Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Bakı və Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə uyğundur. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqiyyat, tikinti, ticarət və xidmət sektorları üzrə 249 Almaniya investisiyalı şirkət qeydiyyata alınıb. Almaniyadan Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon, qeyri-neft sektoruna isə 762,1 milyon dollar sərmayə qoyulub. Azərbaycandan Almaniyaya isə 569,7 mln. $ investisiya qoyulub (neft-qaz sektoruna - 6,1 mln. $, qeyri-neft-qaz sektoru - 563,6 mln. $). 2024-cü ilin yanvar ayında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 60 mln. $ (ixrac: 2,46 mln. $, idxal: 57,54 mln. $) təşkil edib. Azərbaycan tərəfi Almaniya şirkətlərini və investorlarını Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında birgə investisiya layihələrində iştirak etməyə dəvət edib. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak ilə bağlı 2 Almaniya şirkəti müraciət edib.

Həmçinin Azərbaycan Almaniyanın əsas xam neft tədarükçülərindən biridir və Almaniyanın "UNIPER" şirkəti ilə uzunmüddətli təbii qaz tədarükünə dair müqavilə də mövcuddur. Bundan əlavə, Azərbaycan Almaniya Enerji Agentliyinin (DENA) şəhər enerji infrastrukturu üzrə regional dialoq platformasında, eləcə də ölkəmizdə davamlı enerjinin mənimsənilməsi sahəsində təmsil olunan alman şirkətləri ilə təmsil olunur.

Məlum olduğu kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası-COP29 Tərəflərinin 29-cu Konfransını keçiriləcəkdir. Azərbaycan bu qlobal tədbirin hazırlanmasında Almaniya tərəfi ilə işləməyə hazırdır. 29 yanvar 2024-cü il tarixində AFR Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) və beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndə Cennifer Morqan Azərbaycana səfər etmiş və COP29 ilə bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, enerji naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.

Almaniya tərəfinin 25-26 aprel 2024-cü il tarixlərində Berlin şəhərində Azərbaycanla birgə Petersberq İqlim Dialoqunu (PİD) təşkil etmək niyyəti baş tutub. PİD Almaniya və COP-a ev sahibliyi edən ölkə tərəfindən birgə təşkil olunur və COP qabağı bir növ "əhval-ruhiyyənin barometri" hesab olunur. Indiyə kimi 14 konfrans keçirilmişdir, o cümlədən Meksika, Cənubi Afrika, Qətər, Polşa, Peru, Fransa, Mərakeş, Fici, Polşa, Çili, Birləşmiş Krallıq, Misir və BƏƏ. 2020-ci ildə COVID-19 səbəbindən COP26 təxirə salınsa da, təxminən 35 ölkənin nazirləri ilk dəfə yalnız rəqəmsal əsasda görüşüblər.

2024-cü ildə keçiriləcək COP29 tədbirindən gözləntilər bu vaxta qədərki bütün tədbirlərdən daha yüksək olacaqdır. Bu kontekstdə, COP29 tədbirinə hazırlıq məqsədi daşıyan PİD-ə də maraq həmişəkindən daha yüksək olacaqdır. Səfər zamanı Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüş keçiriləcəkdir.

Göründüyü kimi, Azərbaycan həm Avropa, həm Asiya, həm də Afrika ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır. 

 

122 nömrəli ümumi orta məktəbin tarix müəllimi 

Məmmədova Şəhanə Elxan qızı







XƏBƏR LENTİ

09.05.2024 | 14:24
"Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir" -DEPUTAT

09.05.2024 | 14:19
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı

09.05.2024 | 14:17
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam

09.05.2024 | 14:15
Xəzər rayonunda da Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

09.05.2024 | 14:12
Rusiyada Qələbə paradı keçirildi - Fotolar

09.05.2024 | 14:10
Nərimanovda xatirə tədbiri keçirildi - Video+Fotolar

09.05.2024 | 14:07
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

09.05.2024 | 13:56
Anar Məmmədov: Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir

09.05.2024 | 13:50
Goranboyda “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:46
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Aqil Talıbovun mövlud günü münasibətilə tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:43
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Tərlan Cəbrayılovun 30-cu ildönümü qeyd edilib - Fotolar

09.05.2024 | 13:38
Goranboyda "Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:35
İsax Məmmədovun rəhbərliyi ilə Şəhid ailəsi ziyarət edilib - FOTOLAR

09.05.2024 | 13:34
Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikası

09.05.2024 | 12:49
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır

09.05.2024 | 11:48
Slovakiya - Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

09.05.2024 | 11:47
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

09.05.2024 | 11:44
Səmərəli siyasi dialoq

09.05.2024 | 11:41
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

09.05.2024 | 11:37
Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

09.05.2024 | 11:36
Müstəqil siyasət aparan iki ölkə: Slovakiya və Azərbaycan

09.05.2024 | 10:48
Azərbaycan-Bolqarıstan münasibətləri

09.05.2024 | 10:46
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır

09.05.2024 | 10:37
AZƏRBAYCANIN AVROPADA DAYAQLARINI MÖHKƏMLƏNDIRƏN SIYASƏT RƏĞBƏTLƏ QARŞILANIR

09.05.2024 | 09:33
Çeçenistan lideri Ramzan Kadırovun yolsuzluq avtomobilini itələməsinin görüntüləri yayılıb

09.05.2024 | 09:30
İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

09.05.2024 | 09:26
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

09.05.2024 | 09:21
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

09.05.2024 | 09:13
Alman faşizmi üzərində qələbənin 79-cu ili

09.05.2024 | 09:12
Mehriban Əliyevadan Qələbə Günü münasibətilə PAYLAŞIM

09.05.2024 | 01:11
Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

09.05.2024 | 00:52
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

09.05.2024 | 00:45
Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

09.05.2024 | 00:15
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

09.05.2024 | 00:09
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

08.05.2024 | 23:03
"Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır" - Ərdoğan

08.05.2024 | 22:57
Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

08.05.2024 | 22:52
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə müzakirə apardı

08.05.2024 | 21:11
Azərbaycan və Slovakiya arasında münasibətlər- siyasi dialoq və etibarlı tərəfdaşlıq

08.05.2024 | 21:08
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031