Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

Image

Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətlərini qəbul edib.

“Gununxeberi.az ” xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın istər Vyetnam, istərsə də Laosla xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğunu diqqətə çatdıran Tahir Budaqov Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyətinə diqqəti cəlb edib. O, həm Vyetnam, həm də Laosdan olan çox sayda tələbənin SSRİ dövründə Azərbaycanda ali təhsil aldıqlarını, onlardan bir çoxunun ölkələrinə qayıtdıqdan sonra yüksək vəzifələrdə çalışdıqlarını və ictimai-siyasi həyatda fəal rol oynadıqlarını, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiklərini söyləyib.

Tahir Budaqov vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarası əməkdaşlığın dərinləşməsinə təkan verir. YAP Sədrinin müavini 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin bu kontekstdə xüsusi önəm daşıdığını bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hakim partiyalar olan Vyetnam Kommunist Partiyası (VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm təməllər üzərində inkişaf etməkdədir. O, 2022-ci ilin noyabrında LXİP nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirində və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) YAP-ın ev sahibliyi ilə keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında iştirakının, eləcə də VKP nümayəndə heyətinin ICAPP-ın sözügedən xüsusi konfransına onlayn formatda qatılmasının, 2022-ci il noyabrın 24-də ölkəmizə səfəri çərçivəsində VKP nümayəndə heyəti ilə keçirilən görüşün, həmçinin VKP-nin dəvəti ilə YAP nümayəndə heyətinin 2023-cü il 19-24 noyabr tarixlərində Vyetnama səfərinin və bu çərçivədə partiyalar arasında əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icra olunması qarşılıqlı faydalı işbirliyinin inkişafına xidmət edir.

Vyetnam nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası sədrinin müavini, Vyetnam Sosialist Respublikası Elmlər Akademiyasının eksperti Fam Honq Kuan səmimi qəbula görə təşəkkür edərək Azərbaycana yenidən səfər etməkdən son dərəcə məmnun olduqlarını bildirib.

O, dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu söyləyib.

Ali təhsilini ölkəmizdə aldığını və Azərbaycan xalqının dost münasibətini daim hiss etdiyini bildirən Fam Honq Kuan respublikamızın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vyetnam nümayəndə heyətinin rəhbəri səfər çərçivəsində Şuşa və Füzuli şəhərlərini ziyarət etdiklərini və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin əyani şahidi olduqlarını qeyd edib.

Laos nümayəndə heyətinin rəhbəri, Laos Xalq Demokratik Respublikasının energetika və mədənlər nazirinin müavini Sonqfat İntsavonq da Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə olacağını diqqətə çatdırıb.

Sonqfat İntsavonq Azərbaycan ilə Laos arasında müxtəlif sahələrdə mübadilələrin aparılmasının önəmindən bəhs edib və ölkələrarası əməkdaşlığı dərinləşdirmək üçün geniş potensialın mövcud olduğunu söyləyib.

S.İntsavonq Azərbaycanda ali təhsil aldığı illərin onun üçün unudulmaz və əlamətdar olduğunu qeyd edərək ölkəmizin qısa müddət ərzində sürətli inkişaf yolu keçdiyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR
  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR
  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR
  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR
  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR
  • Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR








XƏBƏR LENTİ

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031