İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşən Yeni Bədr rayonunda Heydər Əliyevin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə ağacəkmə aksiyası keçirilib.

Ölkəmizin İordaniyadakı səfirliyindən Trend-ə bildirilib ki, Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diaspor fəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən aksiyada səfir Eldar Səlimov xalqımızın Ümummilli Liderinin həyatı və fəaliyyəti ətrafında geniş bəhs edib.

Səfir qonaqların diqqətini Ulu Öndərin dövlətimizin və xalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəki roluna yönəldərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan bugünkü Azərbaycanın məhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu xüsusi qeyd edib. O, iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 1994-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə görüşü çərçivəsində Ümummilli Lider Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum Kralı Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu və sonrakı illərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi ilə daha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan E.Səlimov ölkəmizdə geniş vüsət alan ağacəkmə aksiyalarının məqsədinin ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdən ibarət olduğunu bildirib və bu gün paytaxt Əmmanın ən gözəl güşələrindən birində yerləşən, Heydər Əliyevin adını daşıyan küçədə də ağacəkmə aksiyasının keçirilməsinin yaşıl dünyamız naminə dövlətlər və xalqlar arasında həmrəyliyin təzahürü olduğunu qeyd edib.

Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Baş İdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayonunun baş arxitektoru Yahya əl-Hasanat çıxış edərək, iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirib və Azərbaycan səfirliyi tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçədə tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.












XƏBƏR LENTİ

20.05.2024 | 11:17
"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı" - Ceyhun Bayramov

20.05.2024 | 11:15
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

20.05.2024 | 11:07
Prezident İlham Əliyev Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir

20.05.2024 | 11:02
Şarl Mişel İrana başsağlığı verdi

20.05.2024 | 11:02
MM-in komitə sədri TÜRKPA-nın iclasında iştirak üçün Türkiyəyə gedir

20.05.2024 | 10:59
Helikopter qəzasında həlak olanların cəsədləri Təbrizə göndərildi -VİDEO

20.05.2024 | 10:59
İran Prezidentinin helikopterini idarə edən pilotların FOTOSU

20.05.2024 | 10:56
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

20.05.2024 | 10:51
Beynəlxalq tədbirdə

20.05.2024 | 10:45
Ərdoğan Rəsinin ölümünə kədərləndi - AÇIQLAMA

20.05.2024 | 10:11
İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

20.05.2024 | 10:10
İlham Əliyev Xameneyiyə başsağlığı verdi

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:45
İran prezidenti Rəisinin öldüyü RƏSMƏN TƏSDİQLƏNDİ

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:49
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031