Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

Image

Fransanın “Le Figaro" qəzetində mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.

Trend xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonra bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın bərpası ümidləri yalnız indi - dünyanın od tutub yandığı və beynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdə çiçəklənir”, - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb.

“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədə vurğulanıb.

Bu yaxında danışıqlar nəticəsində 4 kəndin Azərbaycana qaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indi gələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəalarına diqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanı Ermənistanın irəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua, həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edib ki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən təzyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməməlidir, çünki burada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. “O, sadəcə beynəlxalq hüquqa müvafiq olaraq, əvvəlcədən Azərbaycana məxsus olanı geri qaytarır”, - deyə diplomat bildirib.

Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var ki, sonda bu problemə son qoyulacaq.

“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona (Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyi başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağa imkan verəcək”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəst hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.

“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllif S.Bussua bildirib.Trend.az








XƏBƏR LENTİ

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031