Müstəqil siyasət aparan iki ölkə: Slovakiya və Azərbaycan

Image


Ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsi daim prioritet istiqamətlərdən biri olmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqına daxil olan ölkələr arasında münasibətlər hər ötən gün yeni və daha yüksək inkişaf mərhələsinə yüksəlməkdədir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər bu münasibətlərdə yeni səhifələrin açılmasına gətirib çıxarmışdır. Bu çərçivədə Slovakiya ilə əlaqələrimizin də tarixi inkişaf mərhələsində olduğunu desək yəqin ki yanılmarıq. 

Slovakiya Respublikasının Baş naziri Robert Fitso 07 may 2024-cü il tarixdə geniş nümayəndə heyəti ilə birgə ölkəmizə bir günlük səfər etdi. Səfərin müddəti qısa olsa da məhsuldarlıq baxımından olduqca yetərli idi. İlk öncə qeyd edək ki, səfər yalnız dövlət rəsmilərinin görüşü ilə yekunlaşmırdı. Bununla yanaşı, baş nazir R.Fitso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi. 

Səfərin əsas hissəsində isə dövlət başçıları təkbətək və geniş tərkibdə görüşlər keçirdi və mətbuata bəyanatlarla çıxış etdi. Burada iki dövlətin liderlərinin bir-birlərini səmiyyətlə qarşılaması və dövlətlərin mövqelərinin bənzər olduğunu vurğulaması xüsusi diqqət çəkdi.  Bildirildi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri müsbətdir. Azərbaycan Prezidenti çoxtərəfli görüşdə baş nazir R.Fitsonun səfərinin əlaqələrimizin yeni səhifəsini açacağını qeyd etdi. Fitso isə öz növbəsində iki ölkəni birləşdirən bir çox  məfhumların, birgə məqamlar olduğunu qeyd etdi və əlavə etdi ki, Slovakiya Avropa İttifaqına üzv ölkə olmasına baxmayaraq, iki ölkəni birləşdirən praqmatik yanaşmadır. Sitat: Bizi birləşdirən suveren xarici siyasətdir. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.

Daha sonra iki ölkə lideri sənədlərin imzalanması mərasimində iştirak etdi. Burada Azərbaycan və Slovakiya  arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yanaşı hərbi-texniki və müdafiə sahələrində sazişlər imzalandı. İki ölkənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlməsi münasibətlərin yeni mərhələyə keçdiyini deməyə imkan verir. Qlobal təhlükələr fonunda hərbi sahədə əməkdaşlıq hər iki ölkənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı, dövlət başçımız bildirdi ki, müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilmişdir. Dövlət başçımızın nitqində vacib nüanslardan biri də heç şübhəsiz, Slovakiya şirkətlərinin Qarabağda bərpa və yenidənqurma prosesində iştirak etməsi ilə bağlı dedikləri idi. Vurğulandı ki, Ağdamın Qərvənd kəndi Slovakiya şirkətləri tərəfindən yenidən qurulacaq. Bu rəmzi məna daşıyır. Bəli, nəzərə alsaq ki,Qarabağda yalnız Azərbaycana dost ölkələr fəaliyyət göstərir onda dərk etmək olur ki, Slovakiya Azərbaycan əlaqələri həqiqətən də inkişaf mərhələsindədir.

Slovakiya Baş nazirinin səfəri zamanı verilən mesajlardan aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda, rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü olmağa hazırdır. R.Fitso Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqına təqdim etmək niyyətini də bəyan etdi. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir. 

 

 

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 

 Pirallahı Rayon Komitəsinin sədri

 

 








XƏBƏR LENTİ

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031