Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.
"Gununxeberi.az " xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.