Qol güləşçilərimiz Avropa çempionatında 7 medal əldə ediblər - VİDEO
Azərbaycan Qol Güləşi Federasiyası Slovakiyanın Bratislava şəhərində keçirilən Qol güləşi üzrə 33-cü Avropa çempionatında uğurla çıxış edir. Yığma komandamızın idmançıları yarışların ilk iki günündə 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. Çempionat davam edir. Bütün idmançılarımızı təbrik edirik və növbəti medalları gözləyirik!