milli-meclisden-avropa-parlamentinin-qetnamesine

Image

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib.

"Gununxeberi.az ” xəbər verir ki, bununla bağlı yayılan açıqlamada deyilir: 

“Milli Məclis aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. Bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.

Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusilə sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə olunduğu dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, ölkəmizin nüfuzuna xələl gətirməyə yönələnBütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhvali-ruhiyyənin son dövrlərdə daha da gücləndiyini göstərir. Digər tərəfdən, sözügedən qətnamənin Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərən deputatlarının təhriki ilə hazırlanıb müzakirəyə çıxarılması erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin quruma təsirinin miqyası haqqında təsəvvür yaradır. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etmələri onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar.

Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Azərbaycan Respublikası Konstitusiyasının üçdəbir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.


Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük vermişdi.

Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları əsasında məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyil. Məlum olduğu kimi, bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb olunması məhkəmə baxışının nəticəsindən asılıdır. İnsanların cəmiyyətdəki mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.

Qeyd edilməlidir ki, ölkəmizə qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurur. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.








XƏBƏR LENTİ

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

05.05.2024 | 11:56
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - FOTOLAR

05.05.2024 | 11:50
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

04.05.2024 | 18:33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.-Foto

04.05.2024 | 18:29
Şahdağa qar yağıb - YENİLƏNİB

04.05.2024 | 18:24
Milli Kitabxanada “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04.05.2024 | 18:14
FHN-dən əhaliyə hava xəbərdarlığı

04.05.2024 | 18:12
İsa Qəmbər yenidən başqan seçildi

04.05.2024 | 18:07
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi keçirilib

04.05.2024 | 17:32
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 16:38
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 15:24
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar

04.05.2024 | 14:55
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

04.05.2024 | 14:53
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

04.05.2024 | 13:11
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 | 13:02
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

04.05.2024 | 12:55
Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub

04.05.2024 | 12:48
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklə

04.05.2024 | 12:36
YOXDU .

04.05.2024 | 11:25
Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb

04.05.2024 | 11:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işçilər tələb olunur

04.05.2024 | 11:04
Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib-ÇAĞIRIŞ (VİDEO)

04.05.2024 | 11:00
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

04.05.2024 | 10:54
Norveç səyyahları Xudafərində (FOTO)

04.05.2024 | 10:43
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

04.05.2024 | 10:40
Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

04.05.2024 | 10:35
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031