Olduqca əhəmiyyətli beynəlxalq forum

Image

Olduqca əhəmiyyətli beynəlxalq forum 

          Məlumdur ki, beynəlxalq münasibətlər sistemində mövqeyimiz daha da möhkəmlənir. Qeyd edək ki, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemin həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsinə təkan verir. 

       Yeri gəlmişkən, Prezident İlham Əliyevin beynəlxalq forumda çıxışı zamanı ölkəmizin qazandığı uğurları dilə gətirməsi buna əyani sübutdur. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyə ilə münasibətlərimizdə qarşılıqlı etimada əsaslanan əlaqələr qurmağı bacarmışıq. Qonşu dövlətlərlə yaxşı münasibətlər qura bilmişik. Bununla yanaşı, regiona mənfi təsir etməyə çalışan qüvvələrə də ölkə başçımız mühüm mesajlar verdi. Məlumdur ki, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin anti-Azərbaycan siyasəti Cənubi Qafqazda destabilliyə xidmət edir. Digər tərəfdən Ermənistanın havadarları düşmən ölkəni hər vəchlə yeni münaqişələrə sövq etməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı silahlandırılması prosesinin intensivləşməsi deyilənlərə əyani misaldır. Xüsusilə aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra rəsmi İrəvana edilən "yardımların" həcmi daha da artırılıb. Rəsmi Vaşinqtondan və Avropadan keçirilən görüşün yalnız iqtisadi sahəyə həsr olunacağı bildirilsə də, bu, növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatma cəhdi idi. Lakin rəsmi Bakı regional və qlobal prosesləri yaxından izləyir və ona qarşı atılan addımları vaxtından əvvəl müəyyən edərək bütün planları alt-üst edir. Müxtəlif qarayaxma kampaniyalarının aparılması, aqressorun şirnikləndirilməsi - bütün məkrli planlar Azərbaycanın regional liderlik statusunu zədələməyə hesablanıb. Məlumdur ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsindən və Cənubi Qafqazda yeni reallıqlar yaratmasından sonra ölkəmizə qarşı aqressiv münasibət güclənib. Məhz ölkə başçımızın da qeyd etdiyi kimi, bu tip proseslər baş verdiyi halda, sadəcə oturub gözləyə bilmərik. Qüdrətli Azərbaycan dövləti baş verə biləcək hər hansı bir hadisədə qəti addımlar atmaqdan çəkinmir.  Bu məqamda vurğulamaq yerinə düşər ki, geosiyasi proseslərin müzakirəsi ilə yanaşı, qlobal əhəmiyyətli problemlərin həlli istiqamətində də ölkə başçımız önəmli fikirlər səsləndirdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, respublikamızın hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin məhz respublikamıza həvalə edilməsini şərtləndirən ən əsas amillərdəndir. Xüsusilə "Yaşıl dünya naminə həmrəylik ili" Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Ölkə başçımız forumdakı çıxışında yaşıl iqtisadiyyatla bağlı bildirdiyi fikirlərə onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Bu səbəbdən müasir dövrdə Azərbaycanın əsas məqsədlərindən biri öz ixracatını şaxələndirməkdir. Bununla yanaşı, dayanıqlı inkişaf və enerji məsələləri ilə bağlı qeyd edildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bu prosesə təkan verir. Xüsusilə enerji sektorundan əldə edilən gəlirlər işsizlik və yoxsulluq məsələlərinin aradan qaldırılmasına yönəldilir. 

       Onu da qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında qoyulub. Həmin sənəddə öz əksini tapan 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfələrin bariz nümunəsidir. 

       Odlar yurdu Azərbaycan neft və qaz potensialı ilə yanaşı, "yaşıl enerji"yə keçid məsələsinə xüsusi diqqət ayırır. Qüdrətli dövlətimizin bərpaolunan enerjiyə olan marağı prioritet məsələ kimi gündəmdə saxlanılır. Məhz COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu sahədə inkişaf perspektivlərini daha da ön plana çıxaracaq. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Qeyd edək ki, beynəlxalq forum Laçında öz işini ötən gün yekunlaşdırıb. Göründüyü kimi, 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşüblər. Həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

       Beləliklə, ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycanın yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.

Süleyman Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

 

 








XƏBƏR LENTİ

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

05.05.2024 | 11:56
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - FOTOLAR

05.05.2024 | 11:50
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

04.05.2024 | 18:33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.-Foto

04.05.2024 | 18:29
Şahdağa qar yağıb - YENİLƏNİB

04.05.2024 | 18:24
Milli Kitabxanada “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04.05.2024 | 18:14
FHN-dən əhaliyə hava xəbərdarlığı

04.05.2024 | 18:12
İsa Qəmbər yenidən başqan seçildi

04.05.2024 | 18:07
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi keçirilib

04.05.2024 | 17:32
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 16:38
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 15:24
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar

04.05.2024 | 14:55
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

04.05.2024 | 14:53
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

04.05.2024 | 13:11
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 | 13:02
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

04.05.2024 | 12:55
Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub

04.05.2024 | 12:48
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklə

04.05.2024 | 12:36
YOXDU .

04.05.2024 | 11:25
Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb

04.05.2024 | 11:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işçilər tələb olunur

04.05.2024 | 11:04
Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib-ÇAĞIRIŞ (VİDEO)

04.05.2024 | 11:00
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

04.05.2024 | 10:54
Norveç səyyahları Xudafərində (FOTO)

04.05.2024 | 10:43
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

04.05.2024 | 10:40
Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

04.05.2024 | 10:35
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

04.05.2024 | 10:31
Sülh və qlobal təhlükəsizlik naminə dialoq

04.05.2024 | 10:07
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031