Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Image

 

Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır 

        Məlumdur ki, tarix boyu Türkiyə və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri mövcud olub. Biz Türkiyə ilə həm xoş günümüzdə, həm çətin vaxtlarımızda sevincimizi və kədərimizi bölüşərək aramızdakı birliklə digər xalqlara nümunə olmuşuq. Dövlətlərimiz və xalqlarımız arasındakı doğma münasibət özünü bütün məqamlarda əks etdirib. Xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri bu iki ölkəni daim bir yumruq kimi birləşdirib. Bu dərin qardaşlıq bağları artıq Ulu Öndərin "bir millət, iki dövlət" ifadəsini işlətməyə imkan verdi. Hələ o dövrdə Çanaqqala döyüşlərində, Türkiyədə milli mübarizənin müxtəlif cəbhələrində xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət etmişdir. 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərlərinin Bakının azad olunmasında iştirakı ortaq tariximizin real və qürurverici məqamıdır. 

        Qeyd etmək lazımdır ki, dünya dövlətlərinin Azərbaycana qarşı münasibəti birmənalı olmadığı zamanda iki ölkə arasındakı siyasi, iqtisadi-ticari, diplomatik, humanitar, hərbi münasibətlər uğurla inkişaf edir. Eyni zamanda Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Yeni İpək Yolu" nəqliyyat dəhlizi və Trans-Anadolu (TANAP) kimi qlobal iqtisadi layihələr həm sülhün təmin olunması, həm də xalqlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bunlarla yanaşı, həmçinin qeyd etməliyik ki, Bakıda "ADEX-2014, "ADEX-2016", "ADEX-2018", İstanbulda isə "IDEF-2017", "IDEF-2019" və "IDEF-2021" beynəlxalq müdafiə sənayesi sərgiləri təşkil olunub ki, bu da iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. Bu baxımdan, 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı "TurAz Qartalı-2020" birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmişdi.

        Xüsusilə qeyd edək ki, Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəkləyir və müdafiə edir. Beynəlxalq arenadakı qarşılıqlı dəstək Cənubi Qafqazı döyüş meydanına çevirməyə çalışan qüvvələrin xain planlarını alt-üst etdi. Azərbaycan xalqı və dövləti olaraq Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək gücümüzə güc qatdı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Vətən müharibəsinin başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var" açıqlamaları Azərbaycana qarşı ədalətsiz mövqedə duran ölkələrə açıq mesaj oldu. 

        Dövlətimiz bu sınaqdan da uğurla çıxaraq tarixə şanlı səhifələr yazdı. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Şuşa Bəyannaməsi özündə üç mühüm tarixi əks etdirir: birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsinin yeni çalarlarının təzahürü kimi təsdiqləndi; ikincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imza atdılar. 

             Ölkə başçımızın 23 apreldə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərdən bir daha aydın olur ki, proseslərin gedişatında Türkiyə və Azərbaycanın mövqeyi bir-biri ilə uyğunluq təşkil edir. Bu baxımdan Ermənistanın gələcək addımları hər iki ölkə ilə əlaqələrin yeni istiqamətini müəyyənləşdirəcək. 

Roman Abbasov,

YAP Göygöl rayon təşkilatı üzrə  Kapital Bank ASC-nin Göygöl filialı ərazi partiya təşkilatının sədri

 

 

 








XƏBƏR LENTİ

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

04.05.2024 | 18:33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.-Foto

04.05.2024 | 18:29
Şahdağa qar yağıb - YENİLƏNİB

04.05.2024 | 18:24
Milli Kitabxanada “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04.05.2024 | 18:14
FHN-dən əhaliyə hava xəbərdarlığı

04.05.2024 | 18:12
İsa Qəmbər yenidən başqan seçildi

04.05.2024 | 18:07
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi keçirilib

04.05.2024 | 17:32
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 16:38
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 15:24
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar

04.05.2024 | 14:55
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

04.05.2024 | 14:53
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

04.05.2024 | 13:11
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 | 13:02
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

04.05.2024 | 12:55
Yeni Klinikada Pediatriya günlərinin növbəti aylıq toplantısı baş tutub

04.05.2024 | 12:48
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklə

04.05.2024 | 12:36
YOXDU .

04.05.2024 | 11:25
Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb

04.05.2024 | 11:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işçilər tələb olunur

04.05.2024 | 11:04
Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib-ÇAĞIRIŞ (VİDEO)

04.05.2024 | 11:00
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

04.05.2024 | 10:54
Norveç səyyahları Xudafərində (FOTO)

04.05.2024 | 10:43
Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

04.05.2024 | 10:40
Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik

04.05.2024 | 10:35
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır

04.05.2024 | 10:31
Sülh və qlobal təhlükəsizlik naminə dialoq

04.05.2024 | 10:07
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

04.05.2024 | 10:06
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

04.05.2024 | 10:02
Müğənni Təranə Qumralın qızı Qumral ərindən danışıb.

04.05.2024 | 09:54
Uşaq poliklinikasinda dözülməz vəziyyət - VİDEO

04.05.2024 | 09:51
Adil Əliyevin ailəsinə ağır itki

04.05.2024 | 09:45
Brent ucuzlaşdı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031