"Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır" -DEPUTAT

Image

"Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır" -DEPUTAT

"Bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır.

Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb ki, onların da arasında iki ölkənin dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı" və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” xüsusi önəm kəsb edir. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev ölkələrimiz arasında fəaliyyət gündəliyinin kifayət qədər geniş olduğunu vurğuladı. Həmçinin dövlətimizin başçısı hər il qarşılıqlı səfərlərin həyata keçirilməsini yaxşı ənənə kimi dəyərləndirərək, hər bir görüşün qarşılıqlı fəaliyyətin və ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın vacib məsələlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş ölkələr olduğu xüsusi vurğulandı. Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələrimiz arasında münasibətləri intensivləşdirmək əzmində olduqlarını bildirdilər."

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Deputat onu da bildirib ki, Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır: "24 aprel 2024-cü il tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı xalqlarımız arasında mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, bu mühüm mədəni hadisə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.Dünya şöhrətli yazıçı Çingiz Aytmatov həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Qeyd olunmalıdır ki, Azərbaycan xalqı Çingiz Aytmatovun yaradıcılığı ilə kifayət qədər yaxından tanışdır, onu yüksək qiymətləndirir və sevir. Təsadüfi deyil ki, Çingiz Aytmatov ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir" – deyə, Aqiyə Naxçıvanlı vurğulayıb.







XƏBƏR LENTİ

09.05.2024 | 15:31
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

09.05.2024 | 15:28
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib

09.05.2024 | 15:25
Sabahdan bu yol bağlanır

09.05.2024 | 14:24
"Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir" -DEPUTAT

09.05.2024 | 14:19
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı

09.05.2024 | 14:17
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam

09.05.2024 | 14:15
Xəzər rayonunda da Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

09.05.2024 | 14:12
Rusiyada Qələbə paradı keçirildi - Fotolar

09.05.2024 | 14:10
Nərimanovda xatirə tədbiri keçirildi - Video+Fotolar

09.05.2024 | 14:07
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

09.05.2024 | 13:56
Anar Məmmədov: Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir

09.05.2024 | 13:50
Goranboyda “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:46
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Aqil Talıbovun mövlud günü münasibətilə tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:43
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Tərlan Cəbrayılovun 30-cu ildönümü qeyd edilib - Fotolar

09.05.2024 | 13:38
Goranboyda "Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:35
İsax Məmmədovun rəhbərliyi ilə Şəhid ailəsi ziyarət edilib - FOTOLAR

09.05.2024 | 13:34
Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikası

09.05.2024 | 12:49
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır

09.05.2024 | 11:48
Slovakiya - Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

09.05.2024 | 11:47
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

09.05.2024 | 11:44
Səmərəli siyasi dialoq

09.05.2024 | 11:41
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

09.05.2024 | 11:37
Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

09.05.2024 | 11:36
Müstəqil siyasət aparan iki ölkə: Slovakiya və Azərbaycan

09.05.2024 | 10:48
Azərbaycan-Bolqarıstan münasibətləri

09.05.2024 | 10:46
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır

09.05.2024 | 10:37
AZƏRBAYCANIN AVROPADA DAYAQLARINI MÖHKƏMLƏNDIRƏN SIYASƏT RƏĞBƏTLƏ QARŞILANIR

09.05.2024 | 09:33
Çeçenistan lideri Ramzan Kadırovun yolsuzluq avtomobilini itələməsinin görüntüləri yayılıb

09.05.2024 | 09:30
İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

09.05.2024 | 09:26
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

09.05.2024 | 09:21
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

09.05.2024 | 09:13
Alman faşizmi üzərində qələbənin 79-cu ili

09.05.2024 | 09:12
Mehriban Əliyevadan Qələbə Günü münasibətilə PAYLAŞIM

09.05.2024 | 01:11
Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

09.05.2024 | 00:52
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

09.05.2024 | 00:45
Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

09.05.2024 | 00:15
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

09.05.2024 | 00:09
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

08.05.2024 | 23:03
"Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır" - Ərdoğan

08.05.2024 | 22:57
Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031