Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində Azərbaycan Milli Sessiyasını təşkil edib

Image

Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində
Azərbaycan Milli Sessiyasını təşkil edib


Bu günlərdə Türkiyənin Antalya şəhərində 11-ci Avropa Pediatriya Konqresi keçirilib.

Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı (EPA-UNEPSA, ARS) tərəfindən mütamadi olaraq pediatriya sahəsində çalışan həkim-mütəxəssislər üçün təşkil edilən bu konqresdə  pediatriyada aktual mövzular üzrə ən son tədqiqatlar, perspektivlər və  kliniki bacarıqlara dair praktiki kurslar təqdim edilib.

Avropada, həmçinin beynəlxalq  miqyasda uşaq sağlamlığını qorumaq, pediatriyada olan mühüm problemlərə diqqəti artırmaq üçün bu konqresdə 60-dan çox ölkədən gələn  və müxtəlif pediatriya qurumlqarını təmsil edən nümayəndə heyətləri iştirak edib.

Türkiyənin Antalya şəhərində ev sahibliyi etdiyi  Avropa Pediatriya Assosiasiyasının 11-ci konqresində ölkəmizi EPA-UNEPSA-nın 12 ildən şox müddətdə  üzvü olan Azərbaycan Pediatrlar Assosiasiyası təmsil edib.

Qardaş ölkə Türkiyənin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi və ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Azərbaycanın bu konqresdə təmsil olunması üçün yaratdığı şərait əsl qardaşlıq nümunəsi olaraq qürurvericidir.

Konqresdə ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyası Azərbaycan Milli Sessiyasını təşkil edib.

Azərbaycan nümayəndə heyətində təmsil olunan APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin “Tibb təhsilində bioetikanın inteqrasiyasının əhəmiyyəti”, APA-nın üzvləri – tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyevanın “Uzun müddət davam edən kovid zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası”, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayevin “Xroniki xəstəliklər üçün peyvəndlər və onlar haqqında yeniliklər”, endokrinoloq İlkin Məcidovun “Anadangəlmə hipotireoz” mövzularında ingilis dilində məruzələri, eləcə də digər mütəxəssislərin təqdimatları olub.

Çıxışlardan ələvə konqresin xüsusi poster sərgisində həkimlərimizin üç poster məruzəsi də təqdim edilib. Bundan əlavə, APA üzvlərinin konqresə təqdim etdiyi üç məqalə nüfuzlu “British Medical Journal”da dərc olunub.

Konqresdə APA-nın sədri dosent Təranə Tağı-zadə “EPA-UNEPSA-nın elm medalı”nı, digər  iştirakçılar 11-ci Avropa Pediatriya Konqresinə dəyərli elmi töhfəsinə görə TÜBİTAK-ın bir sertifikatı, bir təşəkkürnaməsi, eləcə də “Avropa CME”nin Sertifikatını əldə ediblər.

Azərbaycan Pediatrlar Assosiasiyası olaraq bu mötəbər konqresdə ilk dəfə olaraq Azərbaycan təmsilçiləri üçün xüsusi Milli Sessiya təşkil edilməsinə və nümayəndə heyətimizə göstərilən böyük etimada görə, Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani, Avropa Pediatriya EPA/UNEPSA Konqresinin prezidenti, professor Mehmet Vural, Elmi Komitənin sədri, EPA/UNEPSA-nın vitse-prezidenti, professor Hilari Hoey, Elmi Komitənin həmsədri, professor Esra Şevketoğlu, akademik Leyla Namazova-Baranova və Dr. Sir Terence Stefensona, eləcə də ölkəmizi təmsil edən iştirakçılar – dosent Ülviyyə Hacıyeva, uzman-həkimlər –Telman Aytayev, Azad Əkbərzadə, İlkin Məcidov və başqalarına uğurlu iştiraka və dəyərli məruzəyə görə öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Pediatrlar Assosiasiyası










XƏBƏR LENTİ

09.05.2024 | 01:11
Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

09.05.2024 | 00:52
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

09.05.2024 | 00:45
Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

09.05.2024 | 00:15
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

09.05.2024 | 00:09
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

08.05.2024 | 23:03
"Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır" - Ərdoğan

08.05.2024 | 22:57
Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

08.05.2024 | 22:52
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə müzakirə apardı

08.05.2024 | 21:11
Azərbaycan və Slovakiya arasında münasibətlər- siyasi dialoq və etibarlı tərəfdaşlıq

08.05.2024 | 21:08
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq

08.05.2024 | 21:06
AZƏRBAYCAN SLOVAKIYA MÜNASIBƏTLƏRINDƏ YENI MƏRHƏLƏ GÜCLÜ DINAMIZMDƏN XƏBƏR VERIR

08.05.2024 | 20:24
Azərbaycan-Sloveniya münasibətlərində yeni mərhələ

08.05.2024 | 20:02
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev uşaqların gözü ilə” adlı məktəblilərarası rəsm müsabiqəsi keçirilib

08.05.2024 | 19:59
Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirildi

08.05.2024 | 19:29
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

08.05.2024 | 19:26
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov: “Milli-mədəni irsimizin hamisi, xeyriyyəçilik ünvanı-Heydər Əliyev Fondu”

08.05.2024 | 19:21
Спикер Милли Меджлиса Сагиба Гафарова встретилась с Президентом Болгарии Руменом Радевым

08.05.2024 | 19:16
Speaker of Milli Majlis Sahiba Gafarova Meets President of Bulgaria Rumen Radev

08.05.2024 | 19:14
Deputatımız Sloveniyada səfərdə olub

08.05.2024 | 18:38
Hava proqnozunu bu tətbiqdən öyrənə biləcəyik

08.05.2024 | 18:36
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb

08.05.2024 | 18:35
lham Əliyev İsmail Serageldini təltif etdi

08.05.2024 | 18:31
Prezidentlə xanımının adından rəsmi nahar verildi - Foto

08.05.2024 | 18:29
Prezidentlə xanımı Radev ailəsini belə qarşıladı - Fotolar+Yenilənib

08.05.2024 | 18:28
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

08.05.2024 | 18:19
Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirildi

08.05.2024 | 16:22
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub

08.05.2024 | 16:19
Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a dəvət edib

08.05.2024 | 16:05
Azərbaycan – Slovakiya əlaqələri yeni mərhələdə

08.05.2024 | 15:43
Mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər

08.05.2024 | 15:40
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

08.05.2024 | 15:30
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilib

08.05.2024 | 15:15
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO

08.05.2024 | 14:46
Qol güləşçilərimiz Avropa çempionatında 7 medal əldə ediblər - VİDEO

08.05.2024 | 14:32
Azərbaycan ilə Slovakiya arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir

08.05.2024 | 14:25
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

08.05.2024 | 14:10
Mübariz Hüseyinov: Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır

08.05.2024 | 14:06
Türkiyədə Ulu Öndər Heydər Əliyevin doğum gününə və 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək

08.05.2024 | 14:04
Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub

08.05.2024 | 14:01
Ölkələr COP29-da iqlim maliyyələşməsinin yeni hədəfini müəyyən edə bilər - Muxtar Babayev

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031