Azərbaycan – Slovakiya əlaqələri yeni mərhələdə

Image

Azərbaycan – Slovakiya əlaqələri yeni mərhələdə

07 May 2024-cü il tarixdə Slovakiya Respublikasının Baş naziri Robert Fitso geniş nümayəndə heyəti ilə birgə ölkəmizə səfər etdi. Məhsuldar keçən görüş çərçivəsində iki dövlətin liderləri təkbətək və geniş tərkibdə görüşlər keçirdi, vacib sənədlər imzaladı və  mətbuata bəyanatlarla çıxışlar etdi. 

Qeyd edək ki, iki ölkə arasındakı diplomatik əlaqələr 1993-cü ilin noyabr ayında qurulsa da ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Bu baxımdan 7 may tarixli Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb etməkdədir. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə isə iki ölkənin münasibətlərinin yeni mərhələyə qalxmasının əyani təsdiqidir. Dövlət başçımız İlham Əliyev imzalanan sənədi yüksək qiymətləndirmiş və demişdir: Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

Ümumilikdə səfəri daha çox iqtisadi məqsədlərə qulluq edən səfər olaraq adlandırmaq olar. İki liderin çıxışlarından və baş nazir Robert Fitsonun AZƏRTAC-a və AzTV-yə müsahibəsindən bu qənaətə gəlmək olar ki, səfər çərçivəsində ümumilikdə üç istiqamətdə müzakirələr aparılıb. Bunlar Slovakiyanın Qarabağdakı yenidənqurma işlərində maraqlı olması, hərbi sənaye sahəsində əməkdaşlıq və Azərbaycan təbii qazının Slovakiyaya idxalı ilə bağlıdır. Hazırda iki dövlət arasında ticarət dövriyyəsi bir o qədər yüksək olmasa da gələcək üçün böyük perspektivlər mövcuddur. Ona görə ki, iki dövlətin mövqeləri bir-biri ilə tam uyğundur. 

Nəzərdə tutulan hər üç sahə vacib və strateji olsa da burada xüsusilə Slovakiya şirkətlərinin Qarabağdakı bərpa prosesində iştirak etmək istəyi diqqətimizi cəlb edir. Yəqin ki, hər birimiz xatırlayırıq ki, 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra  Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Bu gün gəldiyimiz vəziyyətdə Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Beləliklə, Ağdamın Qərvənd kəndinin Slovakiya şirkəti tərəfindən yenidən qurulması böyük rəmzi məna daşıyır.

Digər bir tərəfdən hərbi sahədə iki ölkənin əməkdaşlığının genişləndirilməsi də olduqca vacibdir. Bu gün Azərbaycan bölgədə və dünyada sülh üçün çalışsa da məlumdur ki, Ermənistana güvənmək heç də asan deyil. Xüsusilə də ölkə daxilində seperatizm meyillərinin hər an baş qaldıra biləcəyi bir fonda Azərbaycan daim güclü olmalı, Ordusunu ən yüksək səviyyədə etməlidir. Slovakiya ilə bu sahədə əməkdaşlıq şübhəsiz ki, Azərbaycan Ordusunu daha da gücləndirəcəkdir. 

Ümumilikdə Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Əminliklə demək olar ki, Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəkdir.

 

 

 

Ülkər Mirzəmətova

YAP Pirallahı rayon təşkilatının fəalı

 








XƏBƏR LENTİ

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031