Mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər

Image

 

Müasir dövrdə dünya xalqlarının yaxınlaşması, qlobal təhlükələrin qarşısının alınması üçün qüvvələrin birləşdirilməsi və vahid anlamın formalaşdırılması bəşəriyyətin qarşısında duran vacib problemlərdən biri kimi gündəmdədir. Bu gün bəşəriyyətdə cəmiyyətlər, dövlətlər, sivilizasiyalar, fərqli dini areallar arasında ünsiyyətin tənzimlənməsi, onlar arasında vahid münasibətlər sisteminin formalaşması vacibdir, bunun açarı isə mədəniyyətdir. Mədəniyyət vasitəsilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaq və ayaqda saxlamaq olar.

Baş verən proseslər sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələlərini olduqca aktuallaşdırıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.

2011-ci ildə ilk dəfə keçirilən, sonra isə ənənəvi xarakter alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin qovuşuğudur. "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu hər zaman önə çəkən ölkə başçısı regional əməkdaşlıq məsələlərində Azərbaycanın müsbət təcrübəsinin digər ölkələr üçün də maraqlı ola biləcəyini vurğulayaraq forumun əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb,  Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qruplar və dinlərin təmsilçiləri bir ailə kimi yaşayıb, onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olublar. Həqiqətən də bu, bizim ən böyük sərvətlərimizdəndir. 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olduğuna diqqət çəkərək bildirdi ki, həmin ölkələrin səsi dinlənilməlidir və onlar yaddan çıxarılmamalıdır. Həmçinin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına əsla imkan verilməməlidir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Forumda Prezident İlham Əliyev bəyan etdi ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.

Beləliklə, Azərbaycan Prezidenti bir sıra məsələlərin həllinə dair öz mövqeyini ortaya qoydu. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın həyatında əlamətdar bir hadisə kimi yadda qaldı. Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın növbəti dəfə məhz Azərbaycan Respublikasının paytaxtından səsləndirilməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir.  

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı







XƏBƏR LENTİ

20.05.2024 | 11:56
Qurultay nümayəndələrinin nəzərinə!

20.05.2024 | 11:17
"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı" - Ceyhun Bayramov

20.05.2024 | 11:15
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

20.05.2024 | 11:07
Prezident İlham Əliyev Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir

20.05.2024 | 11:02
Şarl Mişel İrana başsağlığı verdi

20.05.2024 | 11:02
MM-in komitə sədri TÜRKPA-nın iclasında iştirak üçün Türkiyəyə gedir

20.05.2024 | 10:59
Helikopter qəzasında həlak olanların cəsədləri Təbrizə göndərildi -VİDEO

20.05.2024 | 10:59
İran Prezidentinin helikopterini idarə edən pilotların FOTOSU

20.05.2024 | 10:56
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

20.05.2024 | 10:51
Beynəlxalq tədbirdə

20.05.2024 | 10:45
Ərdoğan Rəsinin ölümünə kədərləndi - AÇIQLAMA

20.05.2024 | 10:11
İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

20.05.2024 | 10:10
İlham Əliyev Xameneyiyə başsağlığı verdi

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:45
İran prezidenti Rəisinin öldüyü RƏSMƏN TƏSDİQLƏNDİ

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:49
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031