Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Image




Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib. Bildirilib ki, illər ötdükcə Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun və inkişaf strategiyasının nə qədər ətraflı düşünülmüş, uzaqgörən və xalqımız üçün səmərəli olduğunun bir daha şahidi oluruq. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin dayaq sütunları, milli-ideoloji əsasları möhkəmləndi, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmləndi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH başçısı bildirib  ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də  onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Hazırda bu gün də dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü, ərazilərin  hüdudlarının dəqiqləşdirildiyini, bir güllə atılmadan kəndlərimizin geri qaytarıldığını vurğulayan RİH başçısı bütün bunların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik qələbəsi olduğunu qeyd edib. 

RİH başçısı bildirib ki, bu il Azərbaycanı bir dövlət kimi məhv olmaqdan hifz edən, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramı ifadə etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaranan Heydər Əliyev Fondunun fəaliyyətinin 20 illiyidir. Qeyd edilib ki, bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının Ulu Öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin mənəvi irsinin öyrənilməsində, təbliğində və ideyalarının yaşadılmasında, bu ideyaların həyata keçirilməsində misilsiz fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyirxah, nəcib, maarifləndirici və inkişafa yönəlik layihələrlə xalqımızın sevgisini qazanan Fond insanlarda ümid, nicat məbədinə çevrilmişdir. Fond bu müddət ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər geniş spektrli sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondu tərəfindən həm respublikamızın dörd bir yanında, həm də ölkə xaricində həyata keçirilən sosial layihələr, inşa və əsaslı təmir olunan təhsil və ictimai-mədəni ocaqlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, bu layihələrin bundan sonra da davam etdirilməsi arzulanmışdır.

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, “Şəfəq” qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi, Vətən Müharibəsi şəhidi İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev çıxış edərək bildiriblər ki, yeni inkişaf yolu tutan respublikamızda Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, hərtərəfli düşünülmüş siyasi strategiyası sayəsində çox böyük və əhəmiyyətli uğurlar qazanıb. Azərbaycan dövləti əbədi yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirib. Qeyd edilib ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır. Çıxışçılar vurğulayıblar ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçiləndən bu günə qədər dayanıqlı inkişafın təmin olunması, vətəndaşların rifahının yüksəldilməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması, müstəqil siyasət yürüdülməsi, Azərbaycanımızın ümumi tərəqqisinin əldə olunması dövlət siyasətinin mütləq prioriteti oldu. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyimiz istiqamətində görülən işlər, atılan bütün addımlar və dövlətimizin inkişafı yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınıb.

Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub. 








XƏBƏR LENTİ

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031