Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb

Image



Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb. 

Əvvəlcə Bolqarıstan Prezidenti Milli Məclisin plenar iclas zalı ilə tanış olub. 

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. 

Bolqarıstan Prezidenti Rumen Radev Xatirə kitabını imzalayıb.

Görüşdə Ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan və Bolqarıstanın dost və strateji tərəfdaş ölkələr olduğu qeyd edilərək, münasibətlərimizin inkişafında həm ikitərəfli səviyyədə, həm də müxtəlif tədbirlərdə iştirak çərçivəsində baş tutmuş çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb. Bu mənada, dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmi xüsusilə vurğulanıb. 

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana səfərindən və ikinci dəfə Milli Məclisdə olmaqdan məmnunluğunu bildirib, Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. 

Söhbət zamanı bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən Biznes forumun əhəmiyyəti qeyd olunub. "Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"nin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcəyi bildirilib. 

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu xatırlanaraq, qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var. Tərəflər xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci ildə rəsmi səfəri zamanı açılışı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb. 

Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən Bolqarıstan Prezidenti, Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Həmrəylik halqası” isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələnəcək. Rumen Radev bildirib ki, bu layihənin reallaşmasında Azərbaycan mühüm rol oynayır.

Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib. O, özünün ötən il Bolqarıstana, bu ilin mart ayında isə Bolqarıstan Milli Assambleyası sədrinin Azərbaycana baş tutmuş rəsmi səfərlərini xatırlayaraq, bu səfərlər çərçivəsində keçirilən görüşlərdən razılığını bildirib. Spiker qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. 

Görüşdə, həmçinin Azərbaycan və Bolqarıstan xalqları arasında dostluğu nəzərə alaraq, ölkələrimiz arasında humanitar əməkdaşlığın xüsusi məna və əhəmiyyət kəsb etdiyi, son illər bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. O cümlədən, Veliko Tırnova və Şuşa şəhərləri arasında qardaşlaşma haqqında 2022-ci ildə imzalanmış anlaşma memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb. 

Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb. 

Ali qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Bolqarıstanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib. 

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi









XƏBƏR LENTİ

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031