Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”

Image

Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır

“Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri cənab İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir: ”İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv  yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələr verib. Məncə, dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü də çatdırmışdı”.

“Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistkaya baxsaq, görərik ki, Almaniyadan bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə 762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir”, - Milli Məclisin deputatı qeyd edib.

AHİK sədri bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Berlində keçirilən “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəli gəlir: “Cənab İlham Əliyev tədbirdə çıxışında COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman üzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə icra edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkil edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli olacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur. Bu il daha 1300 meqavat gücündə günəş və külək enerji stansiyalarının tikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var. İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamam fərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimiz həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna da toxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə təbii qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyard kubmetrə çatırmaq nəzərdə tutlub”.

“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı dövlətimizin başçısı jurnalistin Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı ona ünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan hüquqları dövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur və vətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzun illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəsin öz fikrini tam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.








XƏBƏR LENTİ

09.05.2024 | 12:49
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır

09.05.2024 | 11:48
Slovakiya - Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

09.05.2024 | 11:47
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

09.05.2024 | 11:44
Səmərəli siyasi dialoq

09.05.2024 | 11:41
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

09.05.2024 | 11:37
Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

09.05.2024 | 11:36
Müstəqil siyasət aparan iki ölkə: Slovakiya və Azərbaycan

09.05.2024 | 10:48
Azərbaycan-Bolqarıstan münasibətləri

09.05.2024 | 10:46
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır

09.05.2024 | 10:37
AZƏRBAYCANIN AVROPADA DAYAQLARINI MÖHKƏMLƏNDIRƏN SIYASƏT RƏĞBƏTLƏ QARŞILANIR

09.05.2024 | 09:33
Çeçenistan lideri Ramzan Kadırovun yolsuzluq avtomobilini itələməsinin görüntüləri yayılıb

09.05.2024 | 09:30
İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

09.05.2024 | 09:26
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

09.05.2024 | 09:21
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

09.05.2024 | 09:13
Alman faşizmi üzərində qələbənin 79-cu ili

09.05.2024 | 09:12
Mehriban Əliyevadan Qələbə Günü münasibətilə PAYLAŞIM

09.05.2024 | 01:11
Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

09.05.2024 | 00:52
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

09.05.2024 | 00:45
Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

09.05.2024 | 00:15
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

09.05.2024 | 00:09
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

08.05.2024 | 23:03
"Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır" - Ərdoğan

08.05.2024 | 22:57
Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

08.05.2024 | 22:52
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə müzakirə apardı

08.05.2024 | 21:11
Azərbaycan və Slovakiya arasında münasibətlər- siyasi dialoq və etibarlı tərəfdaşlıq

08.05.2024 | 21:08
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq

08.05.2024 | 21:06
AZƏRBAYCAN SLOVAKIYA MÜNASIBƏTLƏRINDƏ YENI MƏRHƏLƏ GÜCLÜ DINAMIZMDƏN XƏBƏR VERIR

08.05.2024 | 20:24
Azərbaycan-Sloveniya münasibətlərində yeni mərhələ

08.05.2024 | 20:02
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev uşaqların gözü ilə” adlı məktəblilərarası rəsm müsabiqəsi keçirilib

08.05.2024 | 19:59
Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirildi

08.05.2024 | 19:29
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

08.05.2024 | 19:26
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov: “Milli-mədəni irsimizin hamisi, xeyriyyəçilik ünvanı-Heydər Əliyev Fondu”

08.05.2024 | 19:21
Спикер Милли Меджлиса Сагиба Гафарова встретилась с Президентом Болгарии Руменом Радевым

08.05.2024 | 19:16
Speaker of Milli Majlis Sahiba Gafarova Meets President of Bulgaria Rumen Radev

08.05.2024 | 19:14
Deputatımız Sloveniyada səfərdə olub

08.05.2024 | 18:38
Hava proqnozunu bu tətbiqdən öyrənə biləcəyik

08.05.2024 | 18:36
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb

08.05.2024 | 18:35
lham Əliyev İsmail Serageldini təltif etdi

08.05.2024 | 18:31
Prezidentlə xanımının adından rəsmi nahar verildi - Foto

08.05.2024 | 18:29
Prezidentlə xanımı Radev ailəsini belə qarşıladı - Fotolar+Yenilənib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031