COP29 - sülh prosesinin nəticəsidir.

Image

COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidirBiz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Laçın yenidən qurulur. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir.Yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir. Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim edildi. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir.Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.

Avrasiya İqtisadi İttifaqı ilə əlaqələr bizim bugünkü və gələcəkdəki siyasi reallığımızın əsasında dayanır. Biz həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq. O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir.Hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir.Hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir.

Azərbaycan Avropa dövlətləri ilə əlaqələrinə xüsusi önəm verir. Eləcə də Azərbaycan-Almaniya əlaqələri inkişaf edir. Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirik ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda   Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşlər təşkil edilmişdir. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyə bilərik ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik.Bunu çox müsbət qiymətləndiririk.

 COP29-un əhəmiyyəti təbii dəyişikliklərə hazırlıq baxımından vacibdir. Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.

 COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik.Belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

 Bir daha diqqətə çatdırmalıyıq ki, Qarabağ Azərbaycanın daxili məsələsidir. Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Ermənistan bəzi digər mövzular əlavə etdi.Bu, başlıca maneə yaratdı. Çünki onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdilər. Bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası “Dağlıq Qarabağ” Azərbaycanın Qarabağ regionu olub və olacaq. Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi. Onlar bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdilər, bu isə bizim üçün tamamilə qəbuledilməz idi.Biz razılığa gələ bilməyəcəyimizi görürdük. Bu, ötən ilin sentyabrına - suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasilə yaratdı.İki ay bizim şərhlərə münasibət bildirmədi. Çünki bizim şərhlərin mübadiləsi praktikası var.Hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur.bu günədək saziş layihəsinə dair şərhlərin 7-8 dəfə belə mübadiləsi baş tutub.

Ekoloji problemlər ölkəmizin gündəmindədir. COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq. İqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər.bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük.

 

 

 

Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi:

    Ağabəyova Mənzər Pərviz qızı







XƏBƏR LENTİ

09.05.2024 | 01:11
Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

09.05.2024 | 00:52
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

09.05.2024 | 00:45
Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

09.05.2024 | 00:15
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

09.05.2024 | 00:09
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

08.05.2024 | 23:03
"Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır" - Ərdoğan

08.05.2024 | 22:57
Tahir Budaqov iki ölkənin dostluq qrupunun üzvləri ilə görüşdü - FOTOLAR

08.05.2024 | 22:52
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə müzakirə apardı

08.05.2024 | 21:11
Azərbaycan və Slovakiya arasında münasibətlər- siyasi dialoq və etibarlı tərəfdaşlıq

08.05.2024 | 21:08
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq

08.05.2024 | 21:06
AZƏRBAYCAN SLOVAKIYA MÜNASIBƏTLƏRINDƏ YENI MƏRHƏLƏ GÜCLÜ DINAMIZMDƏN XƏBƏR VERIR

08.05.2024 | 20:24
Azərbaycan-Sloveniya münasibətlərində yeni mərhələ

08.05.2024 | 20:02
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev uşaqların gözü ilə” adlı məktəblilərarası rəsm müsabiqəsi keçirilib

08.05.2024 | 19:59
Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirildi

08.05.2024 | 19:29
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

08.05.2024 | 19:26
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov: “Milli-mədəni irsimizin hamisi, xeyriyyəçilik ünvanı-Heydər Əliyev Fondu”

08.05.2024 | 19:21
Спикер Милли Меджлиса Сагиба Гафарова встретилась с Президентом Болгарии Руменом Радевым

08.05.2024 | 19:16
Speaker of Milli Majlis Sahiba Gafarova Meets President of Bulgaria Rumen Radev

08.05.2024 | 19:14
Deputatımız Sloveniyada səfərdə olub

08.05.2024 | 18:38
Hava proqnozunu bu tətbiqdən öyrənə biləcəyik

08.05.2024 | 18:36
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb

08.05.2024 | 18:35
lham Əliyev İsmail Serageldini təltif etdi

08.05.2024 | 18:31
Prezidentlə xanımının adından rəsmi nahar verildi - Foto

08.05.2024 | 18:29
Prezidentlə xanımı Radev ailəsini belə qarşıladı - Fotolar+Yenilənib

08.05.2024 | 18:28
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

08.05.2024 | 18:19
Goranboy rayonunda cüdo idman növü üzrə beynəlxalq turnir keçirildi

08.05.2024 | 16:22
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub

08.05.2024 | 16:19
Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a dəvət edib

08.05.2024 | 16:05
Azərbaycan – Slovakiya əlaqələri yeni mərhələdə

08.05.2024 | 15:43
Mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər

08.05.2024 | 15:40
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

08.05.2024 | 15:30
Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilib

08.05.2024 | 15:15
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO

08.05.2024 | 14:46
Qol güləşçilərimiz Avropa çempionatında 7 medal əldə ediblər - VİDEO

08.05.2024 | 14:32
Azərbaycan ilə Slovakiya arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir

08.05.2024 | 14:25
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

08.05.2024 | 14:10
Mübariz Hüseyinov: Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır

08.05.2024 | 14:06
Türkiyədə Ulu Öndər Heydər Əliyevin doğum gününə və 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək

08.05.2024 | 14:04
Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub

08.05.2024 | 14:01
Ölkələr COP29-da iqlim maliyyələşməsinin yeni hədəfini müəyyən edə bilər - Muxtar Babayev

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031