Artan xətlə davam edən Azərbaycan-Qırğızıstan münasibətləri.

Image

 Artan xətlə davam edən Azərbaycan-Qırğızıstan münasibətləri.

Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İllərdir ki, davam edən bu münasibətlər hər iki ölkə üçün müsbət cəhətlər formalaşdırmışdır.

Aprelin 24-də  Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub.  Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar. Dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verilib.Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir.  Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir. Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.

Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.Dövlət başçılarına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

 Prezident İlham Əliyevin cari ilin 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışı ilə əlaqədarQırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.

 

 

Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru 

Məmmədova Nazilə Cəbrayıl qızı

 

 








XƏBƏR LENTİ

09.05.2024 | 22:47
Əbdülhüseyn Abdullayev: Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir

09.05.2024 | 21:47
Aygün Kazımovanın 3 min manatlıq tərzi- FOTOLAR

09.05.2024 | 21:45
"Elit star" Cəmilənin fərqli tərzi diqqət çəkdi- FOTOLAR

09.05.2024 | 21:43
ARB TV-nin aparıcısı Aynur Bağırovaya ağır itki üz verib

09.05.2024 | 18:44
Milli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

09.05.2024 | 18:40
Xocalıda insan qalıqları tapıldı

09.05.2024 | 18:34
Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib

09.05.2024 | 16:29
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

09.05.2024 | 15:31
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

09.05.2024 | 15:28
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib

09.05.2024 | 15:25
Sabahdan bu yol bağlanır

09.05.2024 | 14:24
"Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir" -DEPUTAT

09.05.2024 | 14:19
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı

09.05.2024 | 14:17
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam

09.05.2024 | 14:15
Xəzər rayonunda da Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

09.05.2024 | 14:12
Rusiyada Qələbə paradı keçirildi - Fotolar

09.05.2024 | 14:10
Nərimanovda xatirə tədbiri keçirildi - Video+Fotolar

09.05.2024 | 14:07
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

09.05.2024 | 13:56
Anar Məmmədov: Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir

09.05.2024 | 13:50
Goranboyda “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:46
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Aqil Talıbovun mövlud günü münasibətilə tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:43
Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Tərlan Cəbrayılovun 30-cu ildönümü qeyd edilib - Fotolar

09.05.2024 | 13:38
Goranboyda "Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq" adlı tədbir keçirilib - Fotolar

09.05.2024 | 13:35
İsax Məmmədovun rəhbərliyi ilə Şəhid ailəsi ziyarət edilib - FOTOLAR

09.05.2024 | 13:34
Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikası

09.05.2024 | 12:49
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır

09.05.2024 | 11:48
Slovakiya - Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

09.05.2024 | 11:47
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

09.05.2024 | 11:44
Səmərəli siyasi dialoq

09.05.2024 | 11:41
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

09.05.2024 | 11:37
Azərbaycan-Bolqarıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

09.05.2024 | 11:36
Müstəqil siyasət aparan iki ölkə: Slovakiya və Azərbaycan

09.05.2024 | 10:48
Azərbaycan-Bolqarıstan münasibətləri

09.05.2024 | 10:46
Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır

09.05.2024 | 10:37
AZƏRBAYCANIN AVROPADA DAYAQLARINI MÖHKƏMLƏNDIRƏN SIYASƏT RƏĞBƏTLƏ QARŞILANIR

09.05.2024 | 09:33
Çeçenistan lideri Ramzan Kadırovun yolsuzluq avtomobilini itələməsinin görüntüləri yayılıb

09.05.2024 | 09:30
İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub (FOTO)

09.05.2024 | 09:26
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

09.05.2024 | 09:21
Qusar meşələrində tikinti: Nazirlik inkar etdi, ekofəallar faktlar göndərdilər...

09.05.2024 | 09:13
Alman faşizmi üzərində qələbənin 79-cu ili

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031