Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib

Image

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib.

“Gununxeberi.az ” Report-a istinadən xəbər verir ki, 1962-ci ildə istismara verilən körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.

Körpü tikilərkən, onun konstruksiyası həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zamanla nəqliyyatın intensivliyinin dəfələrlə artması körpünün konstruksiyasında müəyyən problemlər yaradıb.

Yol hərəkəti üzrə ekspert Eldar Bəşirovun sözlərinə görə, körpünün istismar müddəti bitdiyindən yenidən təmir olunsa belə onu sadəcə 10 % bərpa etmək mümkündür: “Bu baxımdan körpünün sökülməsi daha məqsədəuyğundur. Əgər yerində yeni körpü salınarsa bu isə müasir standartlara cavab verməlidir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, körpünün sökülüb- sökülməməsi ilə bağlı hazırda hansısa bir qərar olmasa da 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə körpüyə baxış keçirilib: “Baxış zamanı körpünün ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmədiyi və riskli olduğu bəlli olub. Testin nəticəsinə uyğun olaraq isə belə qərara gəlinib ki, körpü təhlükəsizliklə əlaqədar artıq sökülməlidir”.

Qeyd edək ki, sözügedən yolötürücüsünün yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun olaraq layihələndirilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.

Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.

Ətraflı süjeti təqdim edirik:












XƏBƏR LENTİ

20.05.2024 | 14:27
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 13:32
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 13:14
ARAF-ın baş katibi: Milli cins atlarımızın qiymətində artım müşahidə olunub

20.05.2024 | 13:03
"Qürur duyuruq" - Bəhruz Nəbiyev

20.05.2024 | 13:01
Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb

20.05.2024 | 12:37
İranda 5 günlük matəm elan olundu

20.05.2024 | 12:33
"Azərbaycan Belarusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır" -DEPUTAT

20.05.2024 | 12:20
Ərdoğan İrana başsağlığı verdi

20.05.2024 | 12:18
Pakistanda İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

20.05.2024 | 12:14
“Milli Məclis parlament diplomatiyası çərçivəsində effektiv fəaliyyət göstərir”

20.05.2024 | 11:56
Qurultay nümayəndələrinin nəzərinə!

20.05.2024 | 11:17
"Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı" - Ceyhun Bayramov

20.05.2024 | 11:15
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

20.05.2024 | 11:07
Prezident İlham Əliyev Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir

20.05.2024 | 11:02
Şarl Mişel İrana başsağlığı verdi

20.05.2024 | 11:02
MM-in komitə sədri TÜRKPA-nın iclasında iştirak üçün Türkiyəyə gedir

20.05.2024 | 10:59
Helikopter qəzasında həlak olanların cəsədləri Təbrizə göndərildi -VİDEO

20.05.2024 | 10:59
İran Prezidentinin helikopterini idarə edən pilotların FOTOSU

20.05.2024 | 10:56
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

20.05.2024 | 10:51
Beynəlxalq tədbirdə

20.05.2024 | 10:45
Ərdoğan Rəsinin ölümünə kədərləndi - AÇIQLAMA

20.05.2024 | 10:11
İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

20.05.2024 | 10:10
İlham Əliyev Xameneyiyə başsağlığı verdi

20.05.2024 | 09:20
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya tutuldu

20.05.2024 | 09:00
İranda hökumət təcili toplanır

20.05.2024 | 08:45
İran prezidenti Rəisinin öldüyü RƏSMƏN TƏSDİQLƏNDİ

20.05.2024 | 08:10
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları deyilir

19.05.2024 | 22:49
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031