COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

Image


   “Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir.  Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemində   mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil  ölkələr arasında əlaqələrin inkişafında mühüm  faktor olan etimad mühitinin qorunması və inkişaf etdirilməsidir. Dövlət başçısı İlham Əliyev sözügedən forumdakı çıxışında ölkəmizin uğurlarının səbəblərindən danışarkən bu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik: “Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq.”

   Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

   Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri regional təhlükəsizliyin təmin edilməsi oldu: “Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın  tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri  yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına  yaxın olduğumuzu  əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi  sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Dövlət başçısı  növbəti zəfərimiz olan Qazaxın dörd kəndinin geri qaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində,  həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır.”

   Əliabbas Salahzadə qeyd edib ki, forumun mövzusundan da göründüyü kimi,  yaşıl enerji keçidi prioritet məsələmizdir: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi   belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə  qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır.  Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında “Biz iqtisadiyyatımızı şaxələndiririk” söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir. Dayanıqlı inkişaf və enerji amillərinə gəldikdə isə, bildirildi ki,  iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi.  İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir.”

    Millət vəkili vurğulayıb ki,  sosial-iqtisadi inkişafımızın yüksək göstəricilərlə ifadə edilməsi ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurduğunu təsdiqləyir: “Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarını dünyaya təqdim edəcək. Cənab İlham Əliyev bildirdi ki,  COP29-a   sədrliyimizə  nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. O da qeyd edildi ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. COP29 əla fürsətdir.”

   Millət vəkili vurğulayıb ki, Azərbaycanın mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi üçün geniş imkanlar yaranır: “Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməsidir. Cənab İlham Əliyev forumdakı çıxışında gənc nəslin təhsilinə də xüsusi diqqət göstərərək bildirdi ki, bu, bizim əsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var. Dövlət başçısının  hər bir sahəyə xüsusi diqqət göstərməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğunu təsdiqləyir. Hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynayır. Forum iştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq.” 

 

 








XƏBƏR LENTİ

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

06.05.2024 | 10:36
Mirzoyan Macarıstana GEDİR

06.05.2024 | 10:06
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

06.05.2024 | 09:05
Bu yollarda tıxac var - Fotolar

06.05.2024 | 09:04
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

05.05.2024 | 11:56
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - FOTOLAR

05.05.2024 | 11:50
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

04.05.2024 | 18:33
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.-Foto

04.05.2024 | 18:29
Şahdağa qar yağıb - YENİLƏNİB

04.05.2024 | 18:24
Milli Kitabxanada “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04.05.2024 | 18:14
FHN-dən əhaliyə hava xəbərdarlığı

04.05.2024 | 18:12
İsa Qəmbər yenidən başqan seçildi

04.05.2024 | 18:07
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi keçirilib

04.05.2024 | 17:32
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 16:38
Səs yazısı yayılan bağça müdiri ilə bağlı araşdırma aparılır

04.05.2024 | 15:24
Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu-Fotolar

04.05.2024 | 14:55
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

04.05.2024 | 14:53
“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

04.05.2024 | 13:11
Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

04.05.2024 | 13:02
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031