QALIBDI
Deyirlər Kərəmin , ahı - nalası ,
Gəzdiyi dağlarda , hələ qalıbdı .
Ərzurum dağında , azıb yolunu ,
Belində şələsi ,Lələ qalıbdı .
Baxmadı atanın ,şirin sözünə ,
Kərəm qəsd eylədi , özü özünə .
Sevdi tərsa qızı , düşdü izinə .
Səfəri ellərdən , elə qalıbdı .
Könül sevdiyindən , dönə bilmədi ,
Yandı eşq oduna , sönə bilmədi .
Aşıqlar söz açıb , dinə bilmədi .
Əlacı sazında , telə qalıbdı .
De Yazıq Rəfail , sən danış hərdən ,
İnsan nə qazanıb fitnədən , şərdən ?
Aşiqlər gül olub ,bitibdi yerdən .
Düşübdü dillərdən ,dilə qalıbdı .
RƏFAİL QURBANOĞLU