Yeni iqtisadi imkanlar, perspektiv əməkdaşlıq əlaqələri

Image


 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cari ilin iyul ayının 4-də Qazaxıstanın Astana şəhərində səfərdə olmuşdur. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Bu il artıq Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Hal-hazırda Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir.

Ölkəmiz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Bununla yanaşı Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar məsələlər də diqqətdən kənarda qalmadı. Dövlət başçısı 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsinin də əhəmiyyətini vurğuladı. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. 

 

Ləman Babayeva,

Xəzər rayonu, 292 nömrəli məktəbin direktor müavini







XƏBƏR LENTİ

08.07.2024 | 19:34
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 19:30
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 18:55
Perspektiv əməkdaşlıq əlaqələri

08.07.2024 | 17:54
TÜRK DÜNYASI BÖYÜK BİR GÜCƏ MALİKDİR. BU GÜCÜMÜZÜ BİRLƏŞDİRƏRƏK, DAHA DA QÜDRƏTLİ EDƏCƏYİK. (Ulu öndər Heydər Əliyev)

08.07.2024 | 17:49
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

08.07.2024 | 17:48
Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

08.07.2024 | 17:47
TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

08.07.2024 | 17:46
Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək

08.07.2024 | 16:29
Pensiyalar bu tarixdə ödəniləcək

08.07.2024 | 16:15
Prezident Fikrət Əzizovu ordenlə təltif etdi

08.07.2024 | 16:12
Yeni iqtisadi imkanlar

08.07.2024 | 15:24
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

08.07.2024 | 15:20
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

08.07.2024 | 15:00
Qusara yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

08.07.2024 | 14:50
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

08.07.2024 | 14:47
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

08.07.2024 | 14:40
Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO

08.07.2024 | 14:30
Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib

08.07.2024 | 14:20
Prezident Beyləqana yeni icra başçısı təyin edib

08.07.2024 | 14:15
Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

08.07.2024 | 14:00
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

08.07.2024 | 13:07
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 13:05
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 12:17
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

08.07.2024 | 12:16
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

08.07.2024 | 12:03
XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

08.07.2024 | 11:53
SATIŞDA OLAN KOLBASALARLA BAĞLI DƏHŞƏTLİ FAKT ORTAYA ÇIXDI - VİDEO

08.07.2024 | 11:30
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08.07.2024 | 11:30
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"

08.07.2024 | 11:28
Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

08.07.2024 | 11:27
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

08.07.2024 | 11:25
Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

08.07.2024 | 11:24
ABŞ Afrikanın mərkəzində yerləşən strateji bazasını tərk etdi

08.07.2024 | 11:14
“Azərişıq” komandası beynəlxalq yarışda I oldu - Fotolar

08.07.2024 | 11:13
Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

08.07.2024 | 11:04
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 | 10:59
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 10:37
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 10:17
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

08.07.2024 | 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031