Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

Image

“Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır. Uzun illər işğal

altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də, təbii gözəlliyini, əzəmətini,

milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil artdı. Çünki

Şuşa inşa olunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlə döyüşərək

tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın, musiqimizin inkişafına

əsaslı töhfələr verib, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm

mərkəzlərindən biri olub. Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq

olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdə yeni bir

səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərdi.

Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan azad edilmiş ərazilərimiz

kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. Şuşalıları öz

yurdunda görmək hər birimizi fərəhləndirir. Aparılan bütün tikinti-quruculuq

prosesinə Şərqi Zəngəzuru və Qarabağı bizə yenidən qaytaran müzəffər Ali Baş

Komandan cənab İlham Əliyevin rəhbərlik etməsi görülən işlərin sürətli və sistemli

xarakterindən, keyfiyyətindən xəbər verir. Bu dəfə də Prezidentimiz Şuşada bir sıra

obyektlərin - “İsa bulağı” istirahət kompleksinin, Aşağı Gövhər Ağa məscidinin,

sutəmizləyici qurğular kompleksinin, Dövlət Xidmətləri Mərkəzinin, eləcə də

Xankəndidə hotellərin açılışını etdi. Görürük ki, sakinlərin rahat və xoşbəxt

yaşaması, oralara üz tutacaq yerli və xarici turistlərin mənalı istirahəti üçün

dövlətimiz tərəfindən hər cür zəruri şərait yaradılır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan

Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli

Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri

Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi ilə


dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının

mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi

məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin Şərqi

Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan azad

edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi tarixə

düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa

müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk

dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə

apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə

göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi

bölüşmələrinin təzahürüdür”, - AHİK sədri bildirib.


Onun sözlərinə görə, qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc

mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün

yüksəlir: “Təbii ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham Əliyevin

xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları

və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi

dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet

təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin

güclənməsinə böyük önəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il

oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq

Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol

oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə

yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının

artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını

və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş

Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk


birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi.

Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham

Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının

bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir”.

Səttar Möhbalıyev bildirib ki, Zirvə görüşündə çıxışı zamanı Prezident İlham

Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq

onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi

potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi: “Bu, bir daha

təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri

birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin

mühüm tərəflərindən birinə çevrilir. Cənab İlham Əliyev TDT-nin cari büdcəsinin

və strukturunun hədəflərin reallaşdırılması üçün yetərli olmadığı səbəbindən

Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait

köçürdüyünü səsləndirdi. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da

məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə

olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur. Təbii ki,

indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üzv

dövlətlərinin qarşısında duran vacib məqamlardandır və Azərbaycan bu

istiqamətdə mühüm işlər görür. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü

5 milyon tona çatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycan tranzit

xidmətlərini həyata keçirir, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının

yükötürmə qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub.

Sözsüz ki, bütün bunlar Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə,

ticarət dövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.

AHİK sədri Səttar Möhbalıyev açıqlamasında iyulun 6-da Şuşada imzalanan

“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ

Bəyannaməsi”nə də toxunub. Vurğulayıb ki, Bəyannamə mühüm strateji


əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, daha

iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və strateji əhəmiyyətli

regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq.

Səttar Möhbalıyev Türk dövlətlərinin həmkarlar ittifaqları səviyyəsində olan

münasibətlərindən də bəhs edib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və

Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri ötən ilin iyul ayında mədəniyyət

paytaxtı Şuşa şəhərində toplaşaraq Türk Dövlətləri Həmkarlar İttifaqları

Təşkilatının (TDHİT) yaradılması ilə bağlı müqavilə imzaladılar. Həmin ilin

sentyabrında Səmərqənd şəhərində Təşkilatımızı təsis etdik. Noyabrda isə

Ankarada TDHİT-nin Qurultayı oldu. Əminliklə söyləmək olar ki, təşkilat

ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı gücləndirir,

əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfələr verir.

Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin

yüksəldilməsinə çalışır, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına

qarşı mübarizədə həmrəylik nümayiş etdiririk”.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031