TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

Image

Hər kəsə məlumdur ki, Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət

qalasıdır. Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də,

təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə

məhəbbəti ilbəil daha da artdı. Çünki Şuşa inşa olunduğu vaxtdan ona göz dikən

yadellilərə qarşı qətiyyətlə döyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb,

ədəbiyyatımızın, musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanın tarixi-

mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.


Xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi uğrunda aparılan

döyüş, tətbiq olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq

tariximizdə yeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu

bütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan

azad edilmiş ərazilərimiz kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə

qoynuna alır.

Yeri gəlmişkən, qeyd edək ki, Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə -

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə

evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk

dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların

verildiyi məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin

Şərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan

azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi

tarixə düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa

müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk

dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə

apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə

göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi

bölüşmələrinin təzahürüdür. Qardaş ölkələri birləşdirən TDT artıq dünyada real


güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün

yüksəlir.

Xüsusilə qeyd etməliyik ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham

Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün

reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə

ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin

inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə,

TDT-nin güclənməsinə böyük önəm verir. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il

oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq

Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol

oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə

yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının

artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını

və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş

Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk

birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi.

Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham

Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının

bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir. Həmçinin, Zirvə görüşündə

çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-

nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv

ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu

qeyd etdi. Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib

olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış

edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir.

Onu da qeyd etmək lazımdır ki, iyulun 6-da Şuşada Türk Dövlətləri

Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanmışdır.

Ən əsası Bəyannamə mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında

tərəfdaşlığı möhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgə


səylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrin həyata

keçirilməsinə gətirib çıxaracaq.

Semur Əsgərov,

YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031