Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

Image

“Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır. Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də, təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil artdı. Çünki Şuşa inşa olunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlə döyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın, musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdə yeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan azad edilmiş ərazilərimiz kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. Şuşalıları öz yurdunda görmək hər birimizi fərəhləndirir. Aparılan bütün tikinti-quruculuq prosesinə Şərqi Zəngəzuru və Qarabağı bizə yenidən qaytaran müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etməsi görülən işlərin sürətli və sistemli xarakterindən, keyfiyyətindən xəbər verir. Bu dəfə də Prezidentimiz Şuşada bir sıra obyektlərin - “İsa bulağı” istirahət kompleksinin, Aşağı Gövhər Ağa məscidinin, sutəmizləyici qurğular kompleksinin, Dövlət Xidmətləri Mərkəzinin, eləcə də Xankəndidə hotellərin açılışını etdi. Görürük ki, sakinlərin rahat və xoşbəxt yaşaması, oralara üz tutacaq yerli və xarici turistlərin mənalı istirahəti üçün dövlətimiz tərəfindən hər cür zəruri şərait yaradılır”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


“Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin Şərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi tarixə düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür”, - AHİK sədri bildirib.


Onun sözlərinə görə, qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün yüksəlir: “Təbii ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir”.


Səttar Möhbalıyev bildirib ki, Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi: “Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir. Cənab İlham Əliyev TDT-nin cari büdcəsinin və strukturunun hədəflərin reallaşdırılması üçün yetərli olmadığı səbəbindən Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü səsləndirdi. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur. Təbii ki, indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üzv dövlətlərinin qarşısında duran vacib məqamlardandır və Azərbaycan bu istiqamətdə mühüm işlər görür. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü 5 milyon tona çatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycan tranzit xidmətlərini həyata keçirir, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub. Sözsüz ki, bütün bunlar Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.


AHİK sədri Səttar Möhbalıyev açıqlamasında iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nə də toxunub. Vurğulayıb ki, Bəyannamə mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq.


Səttar Möhbalıyev Türk dövlətlərinin həmkarlar ittifaqları səviyyəsində olan münasibətlərindən də bəhs edib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri ötən ilin iyul ayında mədəniyyət paytaxtı Şuşa şəhərində toplaşaraq Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması ilə bağlı müqavilə imzaladılar. Həmin ilin sentyabrında Səmərqənd şəhərində Təşkilatımızı təsis etdik. Noyabrda isə Ankarada TDHİT-nin Qurultayı oldu. Əminliklə söyləmək olar ki, təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı gücləndirir, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfələr verir. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışır, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdiririk”.










XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031