“Baku Medical Plaza”da yeni təyinat
Tanınmış onko-hematoloq, Azərbaycan Hematoloji Mütəxəssisləri Cəmiyyətinin sədri, Avropa və Amerika Hematoloji Onkoloji Asossiasiyasının üzvü, doktor Valeh Hüseynov “Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Babək” filialına həkim-hematoloq təyin olunub.
“Gununxeberı.az ” xəbər verir ki, o, 8 iyul tarixdən ölkənin ən nüfuzlu özəl klinikalarından sayılan bu klinikada xəstə qəbuluna başlayacaq.
Qeyd edək ki, V.Hüseynov 1976-ci ildə Naftalan şəhərində anadan olub. O, 1992-1998-cü illərdə Azərbaycan Tibb Universiteti, Pediatriya Fakultəsində, 1998-1999-cu illərdə isə Şəhər Onkoloji Dispanseri, internatura təhsili alıb.
2000-2016-cı illərdə Avropa və Amerikanın nüfuzlu universitetlərində Onko-hematologiya və sümük iliyi transplantasiyası üzrə ixtisas artırma kurslarını bitirib.
Avropa və Asiyada nüfuzlu nəşrlərdə əlliyə yaxın elmi məqalələrin müəllifi olan olan V. Hüseynov həmçinin bir çox beynəlxalq konfranslarda iştirak edib./Qafqazınfo.az