Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

Image

Məlumdur ki, ölkəmiz üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq

platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır ki, Azərbaycan bu vaxta

qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş

etdirib.Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi

ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla

uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış

geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək

Azərbaycanın milli maraqlarını əks etdirir.Bu gün artıq türk dövlətləri demək olar

ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini

hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-

2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün

əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk

dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının

təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.Bu

baxımdan, cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə

görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk

dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham

Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti

olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.Zirvə

görüşünün Qarabağın tacı, Azərbaycanın və regionun mədəni, ictimai-siyasi

həyatının mühüm mərkəzlərindən biri hesab olunan Şuşa şəhərində keçirilməsi

əlbəttə ki, təsadüfi deyildi. Belə ki, tolerant və multikuıtiral Azərbaycanın rəmzinə

çevrilən Şuşa 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur.

2022-ci ildə Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar həmin il

Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-

cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü

il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Eyni zamanda

Azərbaycan və bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən Şuşa

Bəyannaməsi də 2021-ci ildə məhz əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhərində

imzalanmışdı.

Prezident İlham Əliyevin türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət,

ənənə və dəyərlərə söykənən ailə olduğuna yönəlmiş dolğun və məzmunlu çıxışı

regional təhlükəsizlik, sabitliyin əldə olunmasında türk dövlətlərinin əhəmiyyətini

bir daha ortaya qoydu. Dövlət başçısının “XXI əsr Türk dünyasının inkişafı əsri

olmalıdır” sözləri, Onun uzaqgörən və hədəfli yanaşması qarşılıqlı hörmətə

əsaslanan əməkdaşlığın türkdilli dövlətlərin daha da möhkəmlənməsi,


təşkilatlanması, eləcə də qarşılarına qoyduğu bütün hədəflərə nail olunmasında ən

əsas yol olduğunu göstərməsindən ibarət idi.Prezident İlham Əliyev çıxışı zamanı

türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də

əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan

əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin

qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.

Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna

imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər

Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham

Əliyevin vurğuladığı kimi, “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi

dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə

olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün

səylərini əsirgəməyəcək.”Bu istiqamətdə sözsüz ki, həm türk dünyası çərçivəsində,

həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsi qarşıda duran

əsas vəzifələrdəndir. Bu baxımdan, beş dövlət başçısı tərəfindən imzalanan,

özündə 31 bəndi əks etdirən “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə

görüşünün Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini daha da

möhkəmləndirməklə yanaşı, türk dövlətlərinin COP29-un işində yüksək səviyyədə

iştirak edərək, qlobal çağırışların müzakirələrində türk baxışını ortaya qoymaları

üçün imkan yaradacaqdır.

Emil Məmmədov,

YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031