Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanır

Image




         Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf­li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövləti­mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə­sində nail olunub. Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı Astana Sammi­tində düzənlənən növbəti zirvə görüşünə Asi­ya “nəhəng”ləri ilə yanaşı, BMT-nin Baş katibinin şəxsən təşrif buyurması Qərb və Şərq adlandıra biləcə­yimiz güc mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsinin əyani nümunəsi idi.

          Cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. İyulun 4-də Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında münasibətlərin inkişaf etdirilmə­sinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin lideri Si Cinpin ilə aparı­lan müzakirələr ayrıca qeyd olunmalı­dır. Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələ­rarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasi­bətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur.

        Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu əhəmiyyətin istiqamətlərinin müəyyənləşdirilməsində ciddi siyasi arqumentlərdəndir. Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq çoxvektorlu olması ilə diqqət çəkir. Bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olan, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqa hazır olan ölkəmizin müstəqil xarici kursu onun beynəlxalq reytinqinə müsbət təsir göstərir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara sadəcə qoşulmaqla, sıradan bir üzvü kimi qalmaqla kifayətlənmir, həm də onun güclənməsinə, idarə olunmasına töhfə verir. Daim qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi təcrübəsi, güclü beynəlxalq əlaqələri ölkəmizin qoşulduğu beynəlxalq təşkilatların daha inkişafına səbəb olur. Ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilmiş və dünya üçün mühüm təşəbbüslərlə çıxış edən ölkədir. Cənab Prezidentin çıxışında dünya əhəmiyyətli GOP 29 tədbirinin əhəmiyyətindən və aktuallığından danışaraq ölkəmizin bu tədbirə ev sahibliyi etməsinin dünya ekoloji sisteminə böyük töhfələr verəcəyini bəyan etmişdir.

Anar Babayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının 

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi







XƏBƏR LENTİ

08.07.2024 | 19:34
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 19:30
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 18:55
Perspektiv əməkdaşlıq əlaqələri

08.07.2024 | 17:54
TÜRK DÜNYASI BÖYÜK BİR GÜCƏ MALİKDİR. BU GÜCÜMÜZÜ BİRLƏŞDİRƏRƏK, DAHA DA QÜDRƏTLİ EDƏCƏYİK. (Ulu öndər Heydər Əliyev)

08.07.2024 | 17:49
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

08.07.2024 | 17:48
Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

08.07.2024 | 17:47
TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

08.07.2024 | 17:46
Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək

08.07.2024 | 16:29
Pensiyalar bu tarixdə ödəniləcək

08.07.2024 | 16:15
Prezident Fikrət Əzizovu ordenlə təltif etdi

08.07.2024 | 16:12
Yeni iqtisadi imkanlar

08.07.2024 | 15:24
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

08.07.2024 | 15:20
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

08.07.2024 | 15:00
Qusara yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

08.07.2024 | 14:50
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

08.07.2024 | 14:47
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

08.07.2024 | 14:40
Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO

08.07.2024 | 14:30
Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib

08.07.2024 | 14:20
Prezident Beyləqana yeni icra başçısı təyin edib

08.07.2024 | 14:15
Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

08.07.2024 | 14:00
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

08.07.2024 | 13:07
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 13:05
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 12:17
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

08.07.2024 | 12:16
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

08.07.2024 | 12:03
XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

08.07.2024 | 11:53
SATIŞDA OLAN KOLBASALARLA BAĞLI DƏHŞƏTLİ FAKT ORTAYA ÇIXDI - VİDEO

08.07.2024 | 11:30
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08.07.2024 | 11:30
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"

08.07.2024 | 11:28
Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

08.07.2024 | 11:27
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

08.07.2024 | 11:25
Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

08.07.2024 | 11:24
ABŞ Afrikanın mərkəzində yerləşən strateji bazasını tərk etdi

08.07.2024 | 11:14
“Azərişıq” komandası beynəlxalq yarışda I oldu - Fotolar

08.07.2024 | 11:13
Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

08.07.2024 | 11:04
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 | 10:59
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 10:37
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 10:17
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

08.07.2024 | 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031